Azercell-dən pulsuz data nömrə və 5GB internet hədiyyə

Azercell sloqanŞirkət Integral şəbəkəsilə birgə yeni Samsung planşet kampaniyası-na başladı

Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom-un abunəçilərinə təqdim etdiyi yeniliklər davam edir. Şirkət bu dəfə 4,6 milyonluq abunəçi ailəsi üçün yeni  Samsung planşet kampaniyasına başlayır. 3 iyun-3 avqust 2015-ci il tarixləri arasında, Integral şirkətilə birgə  təqdim olunan bu kampaniya abunəçilərə bir sıra üstünlük qazandırır. Belə ki,kampaniya çərçivəsində müvafiq İntegral satış məntəqələrindən planşet əldə edən müştəri 5GB internet hədiyyə qazanacaq.Özü də 5GB internet heç bir şərt olmadan abunəçiyə təqdim edilir. Bundan əlavə,5GB balansla yanaşı, Samsung planşeti alan müştərilərə pulsuz Azercell data nömrə də hədiyyə olunur.Hədiyyə olunan 5GB internetin istifadə müddəti 30 gündür. Qeyd edək ki, kampaniyada 35-dən çox  planşet modelləri iştirak edir.

Azercell bundan sonra da öz abunəçilərinə keyfiyyətli rabitə, peşəkar abunə xidməti və qabaqcıl texnoloji həllərlə yanaşı, geniş sayda kampaniyalar, xidmətlər və sərfəli tariflər təqdim etməkdə davam edəcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button