Azercell-dən yeni sərfəli iPhone 6S kampaniyası

Sürətli mobil interneti hamı üçün əlçatan etməyi qarşısına məqsəd qoyan Azərbaycanın lider mobil operatoru Azercell Telekom öz abunəçilərini yeniliklərlə sevindirməkdə davam edir. Belə ki, sentyabrın 30-u Azercell-in bütün abunəçiləri üçün yeni inanilmaz fürsət təqdim olunub.

Beləliklə, yüksək sürətli mobil internetdən istifadəni mümkün edən smartfonları əhaliyə əlverişli şərtlərlə təqdim etmək niyyətini əsas tutaraq, Azercell növbəti sərfəli iPhone kampaniyasını abunəçilərinin ixtiyarına verdi.

Güzəştli şərtlərlə iPhone 6S telefonuna sahib olmaq istəyən abunəçilər ayda cəmi 99 AZN ödəməklə ən müasir smartfon cihazı və Hədsiz Internet paketini əldə edirlər. Qeyd edək ki, həmin aylıq məbləğ daxilində abunəçilər 30GB həcmində mobil internet əldə edəcək və 100 mb/s sürətədək Azercell 4G xidmətinin üstünlüklərindən faydalana biləcəklər.
Kampaniyaya qoşulmaq üçün abunəçilər paytaxt və bölgələrdə yerləşən Azercell Müştəri Xidmətləri, Ekspres Ofisləri, eləcə də, Azercell-in rəsmi diler dükanlarına müraciət edə bilərlər.

Azercell şirkəti bundan sonra da abunəçilərini yeni sərfəli kampaniya və xidmətlərlə sevindirməyə davam edəcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button