Azercell daha bir bilik yarışmasına dəstək oldu

123

Azərbaycanın bir sıra qabaqcıl şirkətləri, eləcə də ölkənin lider mobil operatoru Azercell Telekom-un dəstəyi və  ABŞ Təhsilli Azərbaycanlı Tələbələr İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən  13-cü Azərbaycan Biznes Keys Yarışmasının (ABCC) qalibləri bəlli olub.

“ADA” Universitetində keçirilən final mərasimində  1-ci yeri – Azərbaycan Dövlət İqtisad Universiteti, 2-ci yeri – ADA Universiteti,3-cü yeri – Qafqaz Universitetini təmsil edən iştirakçılar qazanıb. 50 komanda arasından yalnız bu 3 Universitetinin tələbələri final mərhələsində iştirak etmək şansı qazanıblar. Qalib komandalara ümumilikdə 10 500 AZN mükafat təqdim olunub. 1-ci yerin sahibi 6000 AZN, 2-ci yer 3000 AZN və 3-cü yer 1500 AZN  ilə mükafatlandırılıb. Pul mükafatı ilə yanaşı, qaliblərə yarışmaya dəstək verən digər şirkətlər tərəfindən müxtəlif mükafatlar, hədiyyə kuponları, xüsusi səyahət və digər hədiyyələr təqdim edilib. Qeyd edək ki, hər il olduğu kimi, qalib komandanın ən çox fərqlənən bir üzvünə Azercell şirkəti tərəfindən xüsusi təqaüd də təqdim olunub.

Məlumat üçün bildirək ki, Azərbaycan Biznes Keys Yarışmasına bu ilin sentyabrında  50 komanda iştirak üçün müraciət etsə də, sonrakı  müsahibə mərhələlərində komandaların sayı 21-yə endirilib. Yarışmada “ADA” Universiteti,  Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti , Bakı Dövlət Universiteti, Xəzər Universiteti və Qafqaz Universitetinin tələbələri iştirak ediblər.

Qeyd edək ki, ABŞ Təhsilli Azərbaycanlı Tələbələr İctimai Birliyi tərəfindən təşkil edilən yarışmanın əsası 2002-ci ildə qoyulub. İndiyə qədər  800-dən çox tələbə ABCC-də iştirak edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button