Azercell-in Mobil Göz Klinikası yay aylarında yüzlərlə insanı pulsuz müayinə edib

Mobil Goz klinikasiAzərbaycan mobil rabitə bazarının lider şirkəti Azercell Telekom-un unikal sosial layihələrindən biri olan Mobil Göz Klinikası bu gün də fəaliyyətini uğurla davam etdirir. Hər zaman olduğu kimi, Mobil Göz Klinikası bu il də valideyn himayəsindən məhrum olan uşaqlarda göz xəstəliklərinin profilaktikasının aparılması, onların hərtərəfli müayinəsinin təşkilini təmin edərək, həmçinin, ahıllar və aztəminatlı ailələrə də xidmət göstərib.

2011-ci il iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günündə fəaliyyətə başlayan və  Azərbaycanda çox maraqla qarşılanan bu layihədən indiyə qədər 2 mindən artıq uşaq yararlanıb. Layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri “Caspian Compassion Project” təşkilatı tərəfindən həyata keçirilir. Azercell-in bu təşəbbüsü o qədər uğurlu olub ki, sonradan digər şirkətlər də səyyar şəkildə tibbi müayinələrin təşkili ilə bağlı layihələr reallaşdırmağa başlayıblar. Təkcə bu ilin son 7 ayı ərzində Azercell-in bu layihəsi çərçivəsində 455 nəfər müayinədən keçib ki, bunun da 305 nəfəri uşaqlar, 150 nəfəri isə böyüklərdir. Eyni zamanda, Klinikada son 7 ay ərzində 56 uşaq, 31 böyük xəstə müalicə alıb. Mart ayında Mobil Göz Klinikasının həkimləri Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 N-li Respublika Xüsusi İnternat Məktəbində və SOS Uşaq Kəndində olaraq 91 nəfər xəstəyə köməklik göstəriblər. Apreldə isə Klinika Bakıda yerləşən İMSİ gənclər ictimai birliyi  “Duyğu” sosial reabilitasiya ictimai birliyində, eyni zamanda Ağcabədidə fəaliyyət göstərən “Gün ərzi” qayğı mərkəzində olublar. Bu mərkəzlərdə 105 nəfər şəxs müayinədən keçib.  May, iyun, iyul, avqust aylarında Klinikanın həkimləri Bakı ilə yanaşı, bölgələrə də üz tutublar. Şəki, Ağsu və Oğuz rayonlarında məskunlaşan qaçqın və məcburi köçkünləri, eyni zamanda əlil və kimsəsizləri pulsuz müayinə edərək, müalicəyə ehtiyacı olan 184 nəfərə xidmət göstəriblər. Mobil Göz Klinikası eyni zamanda yay aylarında Sumqayıtda, Masazır və Xırdalanda məskunlaşan qaçqınlara və əlil insanlara da dayaq olublar.

Məlumat üçün bildirək ki, fəaliyyət göstərdiyi 4 il ərzində layihə çərçivəsində Klinika artıq Bakı şəhərindəki bir çox internat məktəblərinə, uşaq evlərinə səfər edib. Azercell-in bu uğurlu layihəsi payız və qış aylarında ehtiyacı olan insanlara yardım etməyə davam edəcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button