Azercell-in növbəti BölgəTələbə Proqramına start verildi

Azercell Bolge telebe

Azərbaycanın lider mobil operatoru Azercell Telekom bölgələrimiz üçün nəzərdə tutulan növbətiTələbə Proqramınastart verdi.

Azərbaycanın regionlarında yerləşən Universitetlərdə təhsil alan tələbələrə aylıq təqaüd almaq imkanını yaradan bu proqramın məqsədi müvəffəqiyyətlə təhsil alan və fərqlənməyi bacaran tələbələrə xüsusi qayğı nümayiş etdirmək, yüksək potensiala malik gənclərin inkişaf etməsinə və peşəkar kimi formalaşmasına dəstək olmaqdan ibarətdir. Proqram çərçivəsində Azercell əməkdaşları tərəfindən Gəncə Dövlət Universitetində, Azərbaycan Dövlət Aqrar Universitetində, Azərbaycan Texnologiya Universitetində, Mİngəçevir Dövlət Universitetində təqdimatlar keçirilib, eləcə də Naxçıvan və Lənkəran Dövlət Universitetlərində proqram haqqında tələbələrə geniş məlumat verilib. 400-dən çox tələbənin iştirak etdiyi təqdimatlarda Tələbə proqramı ilə bağlı suallar cavablandırılıb. Şirkət nümayəndələri tərəfindən məlumat verilib ki,proqrama qəbul edilən istedadlı tələbələr cari təhsil müddətinin sonuna qədər Azercell şirkəti tərəfindən xüsusi təqaüd alacaqlar. Bununla yanaşı, seçilən  tələbələrin karyera baxımından inkişafı üçün şərait yaradılacaq. Belə ki, onlar telekommunikasiya sahəsi haqqında biliklərini artırmaq, şirkətin korporativ tədbirlətində və sosial fəaliyyətində iştirak etmək, müxtəlif təlimlərə qatılmaq və şirkətdə təcrübə keçmək imkanını əldə edəcəklər. Dekabr ayı boyunca proqramla bağlı Azercell əməkdaşlarının ölkənin digər bölgələrində də  təqdimatlar keçirəcəyi planlaşdırılır.

Məlumat üçün bildirək ki, Tələbə Proqramına müraciət etmək üçün şirkətin rəsmi səhifəsinin Karyera  bölməsindəki (http://www.azercell.com/az/company/career/development_oportunities/) “Bölgə Tələbə Proqramı 2015” səhifəsinə daxil olmaq lazımdır. Ərizələr yalnız onlayn rejimdə qəbul edilir. Müraciətlərin son qəbul tarixi – 11 dekabr 2015-ci ildir.

Tələbə Proqramı tələbələrə 2008-ci ildən etibarən təqdim olunur və bugünədək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan onlarla  tələbə Azercell şirkətinin Tələbə programının qalibləri adını qazanıblar. Ötən ildən etibarən isə Azercell artıq ölkəmizin müxtəlif bölgələrində Tələbə Proqramı layihəsini həyata keçirir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button