Azercell 9-cu Azərbaycan Beynəlxalq Karyera sərgisində iştirak etdi – eng.ver.

Foto (1)

 Hər il ölkəmizdə keçirilən əmək yarmarkalarında və sərgilərdə fəal iştirak edən Azercell bu dəfə də ənənəsinə sadiq qalıb. Şirkət 9-11 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 9-cu Azərbaycan Beynəlxalq Karyera sərgisinə qatılıb. Sərgidə Azercell-in ayrıca stendi nümayiş etdirilib. Şirkətin nümayəndələri ilk növbədə mövcud olan Tələbə Proqramları haqqında ətraflı məlumat ilə paylaşıb və eyni zamanda Azercell-də işə qəbul olunmaq arzusunda olanların bütün suallarını cavablandırıblar. Azercell-də karyera qurmaq istəyində olan gənclərə məsləhətlər verilib və onların müraciətləri üçün xüsusi elektron ünvan yaradılıb.

Qeyd edək ki, Azercell Telekom daim istedadlı gənclərə karyera qurmaqda, onlara iş aləmində öz yerlərini tapmaqda yardımçı olur. Son illər ərzində mütəmadi olaraq Azercell-in təşəbbüsü ilə şirkət tərəfindən Karyera Günləri təşkil edilir. Hər il baş tutan bu cür tədbirlər zamanı şirkətdə işləmək istəyən istedadlı gənclərlə görüşlər keçirilir, Azercell-in fəaliyyəti, iş prinsipləri barədə ətraflı məlumat verilir. Şirkətin elan etdiyi Tələbə Proqramı çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan qabiliyyətli gənclərimiz Azercell-dən xüsusi təqaüd və şirkətin müxtəlif şöbələrində təcrübə keçmək imkanı qazanırlar. Eyni zamanda Azercell-in həyata keçirildiyi Sosial Layihələrin böyük bir qismi də təhsillə bağlıdır. Məlumat üçün deyək ki, oktyabrın 1-dən etibarən “Azercell Telekom” MMC Tələbə Proqramına başlayıb. Proqrama qəbul edilən istedadlı tələbələr cari təhsil müddətinin sonuna qədər “Azercell” şirkəti tərəfindən müəyyənləşdirilmiş təqaüd alacaqlar. Bununla yanaşı, bu tələbələrin karyera baxımından inkişafı üçün şərait yaradılacaq. Eyni zamanda Noyabr ayında Bölgə Tələbə Proqramı 2015 başlaması nəzərdə tutulub. Proqram çərçivəsində, Gəncədə, Mingəçevirdə, Naxçıvanda və Lənkəranda təqdimatlar keçirilicək və tələbələrə bu proqramda iştirak etmək şansı veriləcək. Proqramda Ali təhsil ocaqlarının bakalavr pilləsinin son iki kursunda təhsil alan və yaxşı qiymətləri olan tələbələr müraciət edə biləcək.

Azercell şirkəti bundan sonra da istedadlı gənclərin uğurlu karyera qurması üçün öz dəstəyini göstərməkdə davam edəcək.

Azercell joins 9th Azerbaijani International Career Fair

Remaining loyal to its tradition of actively joining the career fairs in the country every year, Azercell participated in the 9th Azerbaijani International Fair held in Baku Expo Center on October 9-11. The company had a separate stand in the fair. Azercell representatives shared detailed information about the current Student Programs and responded to numerous questions of the participants willing to get employed by the company. They also gave some advice to young participants and established a special e-mail account for their inquiries.

We would like to note that Azercell Telecom continuously helps talented youth to build career and find their places in the labor market. With its own initiative, Azercell has organized Career Days on a regular basis. During such events, the youth striving to join the company meet with Azercell representatives and get broad information about company activities. Under the Student Bursary program of the company, capable youth studying at Azerbaijani universities get a great opportunity to receive special bursary from Azercell and take internship at various divisions of the company. Besides, many projects conducted by the company are related to education. It should be noted that Azercell Telecom LLC launched Student Bursary program on October 1. Talented students selected for the program will be granted a monthly scholarship from Azercell till the graduation. In addition, Azercell will facilitate the career development for these students. Furthermore, Azercell intends to launch Regional Student Program 2015 in November. Under the program, the company will conduct presentations in Gandja, Mingachevir, Nakhchivan and Lankaran and give a chance for students to take part in this program. Bachelor students in their last 2 years of study and with good marks are eligible to apply for the program.

Azercell will continue to provide its support towards skilled youth in building successful career.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button