Azercell rominqdə olan SimSim abunəçiləri üçün sərfəli mobil internet təklif edir

roaming turkey

İndi 100 MB cəmi 10 AZN

 Yay mövsümü ilə əlaqədar Azercell Telekom rominqdə olan abunəçiləri üçün yeniliklərini davam etdirir. Şikət bu dəfə mobil internet istifadəçilərini sevindirir.

İndi Azercell-in Fakturasız xətt (SimSim) abunəçiləri rominq xidməti çərçivəsində Türkiyədə endirimli və sərfəli internetdən faydalana biləcəklər. Belə ki, Fakturasız xətt abunəçiləri qonşu Türkiyədə olarkən 100 MB internet üçün cəmi 10 manat ödəyəcəklər. İnternet paketinə abunə olmaq üçün 8809 qısa nömrəsinə 100MB sözünü yazıb göndərmək lazımdır. Abunəçi sifariş etdiyi internet paketindən 30 təqvim günü ərzində istifadə edə bilər. Eyni zamanda, 8809 qısa nömrəsinə boş SMS göndərərək Paket çərçivəsində olan balans haqqinda məlumat əldə edilə bilər.

Məlumat üçün bildirək ki, Azercell bu yay bütün SimSim abunəçilərinə rominq xidməti çərçivəsində istifadə etmək üçün 10 ədəd pulsuz SMS də hədiyyə edib. Eyni zamanda, ötən aydan etibarən  Fakturalı xətt abunəçiləri Türkiyədə olarkən 1 MB internet üçün cəmi 55 qəpik ödəyirlər.

Şirkət mütəmadi olaraq rominqdə olan abunəçiləri üçün endirim kampaniyaları həyata keçirir. Bu ildən etibarən  rominqdə olan Azercell Fakturalı və Fakturasız xətt abunəçiləri Telefon Mərkəzinə zəng etdikdə, zəngin ilk 5 dəqiqəsini pulsuz danışırlar. Şirkət, həm də, Avropanın 20 müxtəlif ölkəsinə səfər edən abunəçiləri üçün 10 manat ödəməklə bu ölkələrdə 15 dəqiqə danışıq imkanını yaratdı. Azercell, həmçinin, fakturalı xətt abunəçiləri üçün rominq  xidmətlərinin aktiv edilməsi üçün tələb olunan depoziti ləğv edib. Bununla da bütün Azercell abunəçiləri istədikləri ölkəyə səfər etməzdən əvvəl rahat şəkildə rominq xidmətlərini aktiv edə bildilər. Rominq xidmətini aktiv etmək üçün isə mobil telefonlarınızdan *135*1#YES kodunu yığmaq lazımdı.

Azercell rominq xidmətindən istifadə edən abunəçiləri üçün maraqlı yeniliklər təqdim etməkdə davam edəcək.

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button