“Azercell Telekom” MMC-nin məlumatı

Azercell sloqanxural.com-a daxil olan məlumatda bildirilir ki, noyabrın 28-də saat 14:00 radələrində Bakı şəhərinin mərkəzi də daxil olmaqla müəyyən ərazilərdə “Azercell Telekom” MMC-nin 3G şəbəkəsində zənglərin təşkilində və səsin ötürülməsində  müəyyən problemlər yaranıb.

Buna səbəb “Azercell Telekom” MMC-nin şəbəkəsinin kommutasiya sistemində baş verən texniki nasazlıq olub.

Texniki nazaslıq mütəxəssislər tərəfindən dərhal araşdırılıb, lazımi tədbirlər görülərək 14:45 radələrində problem aradan qaldırılıb.

Hazırda “Azercell Telekom” MMC-nin 3G şəbəkəsi tam gücü ilə fəaliyyət göstərir. Problemin bir daha təkrarlanmaması üçün mütəxəssislər tərəfindən aidiyyəti tədbirlər görülüb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button