Bələdiyyələr yaxşı idarəetmə üzrə bacarıqlara yiyələnirlər

xanoğlan-layihəxural.com-a “Demokratiyanı öyrənmə” İctimai Birliyindən daxil olan məlumata görə, “Demokratiyanı Öyrənmə” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Bələdiyyə idarəetməsində səmərələliyin və iştirakçılığın artırılması ilə şəffaflığın təmin edilməsi” layihəsinin həyata keçirilməsini davam etdirir. Layihənin əsas məqsədi inzibati idarəetməni təkmilləşdirmək və vətəndaşların iştirakını gücləndirməklə bələdiyyələrdə şəffaflığın təmin edilməsinə nail olmaqdır. Layihə çərivəsində digər fəaliyyətlərlə yanaşı, bələdiyyə rəsmilərinin yaxşı idarəetmə ilə bağlı bilik və bacarıqlarının artırılması da nəzərdə tutulub. Bu istiqamətdə ilk belə tədbir 07 iyun 2015-ci il tarixdə İsmayılı rayonu Qalacıq bələdiyyəsində bələdiyyə rəsmilərinin iştirakı ilə “Bələdiyyələrdə strateji planlaşdırma və vətəndaşların iştirakı” mövzusunda təlimin keçirilməsi olub. Təlimin məqsədi haqqında məlumat verən Demokratiyanı Öyrənmə İctimai Birliyin sədri Mirəli Hüseynov bələdiyyələrdə şəffaflığın artırılmasının son illər bir sıra dövlət proqramlarında prioritet istiqamət kimi müəyyən edilməsi bu məsələyə diqqətin artırılmasına zərurət yarandığını bildirib: “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planınında və 2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramında bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması və bələdiyyələrin fəaliyyətinə ictimai nəzarət mexanizmləri üzrə müəyyən tədbirlərin əksini tapması vətəndaş cəmiyyəti təşkilatı kimi bizim də üzərimizə bu işdə bələdiyyələrə dəstək verməklə bağlı müəyyən öhdəliklər qoyur.” Bələdiyyələrdə strateji planlaşdırmanın bələdiyyələrin fəaliyyətinin təkmilləşdirlməsi üçün mühüm alət olduğunu bildirən M.Hüseynov iştirakçıları strateji planın əhəmiyyəti və əsas məqamları haqqında məlumatlandırıb. Daha sonra Birliyin eksperti Babək Məmmədov “Bələdiyyə idarəetməsində vətəndaş iştirakçılığı” mövzusunda təqdimat edib. Ekspert təqdimat çərçivəsində bələdiyyə idarəetməsində vətəndaş iştirakçılığının əhəmiyyəti, formaları, strateji planlaşdırma və büdcə prosesində vətəndaş iştirakçılığı, vətəndaş iştirakçılığının təmin edilməsində bələdiyyələrin rol və vəzifələri kimi məsələlər haqqında məruzə ilə çıxış edib. Hər iki təqdimatdan sonra mövzular ətrafında müzakirələr aparılmış və iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır. Bələdiyyə üzvü Nəbi Rəsulov vətəndaşların bələdiyyələrə münasibətini bu cür ifadə edib: “Sovet döründə yaşamış əksər insanlar hələ də yerli məsələlərin onlar tərəfindən seçilən bələdiyyələr tətəfindən deyil, dövlət tərəfindən həll edilməsini düşünür və bələdiyyələrlə əməkdaşlığa maraq göstərmirlər. Gənclər isə iştirakçılığın əhəmiyyətini başa düşmür və ətrafda baş verənlərə tamamilə laqeyd münasibət göstərirlər. Bu mühitin dəyişməsi üçün insanlarla davamlı maarifləndirmə işlərinin həyata keçirilməsi çox vacibdir.” Təlimin yekun mərhələsində Qalacıq bələdiyyəsinin strateji planının hazırlanması üçün bələdiyyə üzv və qulluqçularının, yerli icra hakimiyyətinin və vətəndaşların nümayəndələrindən ibarət tərkibdə İşçi Qrupunun yaradılması razılaşdırılıb. Birliyin ekspertləri İşçi Qrupuna bələdiyyənin strateji planının hazırlanmasına öz tövsiyyələri ilə dəstək verəcək və prosesə mentorluq edəcəklər.

xural.com

xanoğlan-layihə2

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button