Bəxtiyar Hacıyevə DYP təxribatı

Hüquq müdafiəçisi Bəxtiyar Hacıyev polis zorakılığına məruz qaldığını iddia edib.
Musavat.com xəbər verir ki, o bu barədə özünün facebook səhifəsində xəbər verib: “Dünən mübahisə edib, söyüş söyən yol polisi ilə mübahisə yarandı, yol polisi fiziki güc tətbiq etdi, indi 27-ci polis bölməsinə gedirik. Ya bunlar cəzalanmalıdır, ya da ölkədən getməliyəm. Başqa cür alınmır”.
Hüquq müdafiəçisi deyib ki, hazırda onu 27-ci polis bölməsinə gətitiblər və sənədləşmə gedir.
Hüquq müdafiəçisi deyib ki, buradan onun məhkəməyə aparılması gözlənilir. Bəxtiyar Hacıyev hazırda izahat yazır. Hüquq müdafiəçisinin işi məhkəməyə göndərilib. Onun sözlərinə görə, onu xuliqanlıq maddəsi ilə mühakimə edəcəklər.
Musavat.com-a verilən məlumata görə, Bəxtiyar Hacıyevi artıq Yasamal rayon məhkəməsinə aparıblar.
Bəxtiyar Hacıyev 2011-ci ilin martında saxlanılıb və 2006-cı ildən etibarən hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.
O, Amnesty International, Human Rights Watch, Freedom House, Freedom Now kimi beynəlxalq təşkilatlar tərəfindən “vicdan məhbusu” elan edilib.
B.Hacıyev  4 iyun 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa buraxılıb.
***
Bəxtiyar Hacıyev saxlanılması barədə “Qafqazinfo”ya açıqlama verib. O bildirib ki, hazırda Yasamal rayonu 27-ci Polis Bölməsindədir: “Son 4 gündə mütəmadi olaraq yol polisi ilə problemlər yaşayıram. Dünən YPX əməkdaşı yol hərəkəti qaydasını pozduğumu deyib avtomobili cərimə meydançasına aparmalı olduğumu dedi. Mən də maşını təhvil verdim, sonra ona yaxınlaşıb “aparmamaq olardımı?” deyə soruşdum, dedi ki, “sən yol polislərini sevmirsən”, cavab verdim ki, bu normaldı, o da dedi “mən də sürücüləri sevmirəm” və söyüş söyüb sürüb getdi.
Hələ də avtomobilm cərimə meydançasındadır. Bu gün piyada gedərkən döş nişanı “0404” olan həmin YPX əməkdaşına yaxınlaşıb dünən niyə söyüş söydüyünü soruşdum. Maşından düşüb birbaşa olaraq mənə yumruq atmağa, söyüş söyməyə başladı. Sonra isə Post Patrul Xidməti əməkdaşlarını çağırdı, mənə də dedi “səni tutduracağam”. Bölmədə də məni provakasiyaya çəkmək üçün hərəkətlər edirdi. YPX əməkdaşları raport yazıb getdilər, hazırda Polis Bölməsinin əməkdaşları digər sənədləri hazırlayırlar. Çox güman ki, məhkəməyə göndərəcəklər”.
B.Hacıyev ona qarşı süni problemlərin təsadüf olmadığını düşünür: “Mən son vaxtlar yol polisini tənqid edən statuslar yazmışam. Bir neçə gün ərzində YPX ilə 4 dəfə problem yaşamağımı da təsadüf saymıram. Düşünürəm ki, heç bir səbəb əsas vermir ki, yol polisi fiziki güc tətbiq eləsin, təhqir etsin. Yol polisi fəxrlə deyir ki, mən dövlət rəsmisiyəm, vətəndaşa istədiyimi edə bilərəm. Bu artıq kifayət qədər böyük problemdir”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button