Bərbad səhiyyəmiz və Şuşa köçkününü acı taleyi…

Şuşa rayonundan olan məcburi köçkün Şəkər ana Bağırova İmişli həkimlərinin səhlənkarlığı və pul hərisliyi ucbatından, baxımsızlıqdan dünyasını dəyişdi. “Nuray” şadlıq sarayının sahibi sağ olsun ki, 1992-ci ilin mayın 8-dən Şəkər anaya, oğlanları Arzu, Araz Bağırovlara himayədarlıq edərək 2-ci mərtəbədə onlara iki otaq verib. Şuşanın dilbər güşəsinin bu gözəl, imanlı sakininin Şəkər ananın hələ ölən çağı deyildi. Dəfndə isə cəmi 6 nəfər iştirak edib ki, 2-si “Nuray” şadlıq sarayının çayçıları və molla Seyyid Sədyar olub. Eşidən kimi, sarayın 200 addımlığında olan Dəmir yolu xəstəxanasının baş həkimi Rafiqin qəbuluna yüyürdüm. Onun qapısını həmişə süpürgəçi bir qadın “telexronitel” kimi qoruyur. Mən qəbul otağına girən kimi bu sanitar arvad arxamca içəri girdi. “Çıx çölə, tez çıx, sənin kimi jurnalistlərin 2-ni Masallıda qandallayıb, ifşa etdilər” – dedi. “Hörmətlə yanaşdığım Rafiq həkimin alverçi sifətindən dəhşətə gəldim; “Telexronitel” heç olmasa kişi xeylağından götürsənə, bu arvada başa sal ki, Masallıda həbs olunan kəslərdən, bəzi həkimlər daha artıq dələduzdurlar, çox sağol ki, iç üzünü, niqabını götürdün. Bu arvadın dedikləri sənə aid olsun” – dedim, qapını örtüb aralandım, katibəsi isə arxamca: “Başdan xarab”- dedi.

Haşiyə:

Bir dəfə imam şagirdi Bəhlul Danəndə dərədə bir meyitin qurd-quş tərəfindən dağıldılmasını görür, haray cəkir ki, “Ay camaat, şah Harun Ər-Rəşid ölüb”. Hamı yığılır, meyiti dəfn edirlər. Şah Bəhlulu yanına çağırtdırır: “Ay dəli, görürsən ki, mən sağam, bu nə şayiədi, yayıb haray çəkmisən”. Bəhlul bildirir ki, “Əgər sənin təəbən ölüb dərədə qalıbsa, sənin ölkədən xəbərin yoxdur, sən ölmüsən”- deyir.

Qohumum Standartlaşma və Patent İdarə rəisi S.Səmədova zəng etdim, vəziyyəti danışdım, “Şuşalıların dərdi sənəmi qalıb?”- dedi.

Xatırladım ki, Şəkər ana mərhumun oğlu dostumuz Arzu Bağırov, eləcə də Arazın bir yaşlı qızı da, bacısı da xəstədirlər. Hansı həkimə güvənsinlər ki, analarını 170 manat pensiya alıb, aralarında bölüşdürdüyü, Şəkər ananı həkimlərin harınlığı və hərisliyi öldürdü. Müraciət edirəm, İmişli RİH başçısı Vilyam Hacıyevə ki, “Ürəyinizdə Allah xofu varsa, bu ailəni – xəstə 38 yaşlı Arzu Bağırovun və bacısının müalicəsini məcburən bu həkimlərə etdirin. Bu Bağırovlara da, Şuşa kimi səfalı bir yerin xoşbəxt sakinləri olmuş, bu ölkədə, İmişlidə ağır durumda yaşayanlara, dərdlərini deməkdən xəcalət çəkənlərə də yardım əlinizi, himayənizi əsirgəməyin. Siz buna qadirsiniz, inanıram ki, vaxtınızı əsirgəməyəcək, xəstə Arzu Bağırovu, anasının dəfnində güc-bəla ilə iştirak etmiş səmimi insandan köməyinizi əsirgəməyəcəksiniz”. Şəkər ana ölümü ilə yalançı dost münasibəti bildirənləri mənə tanıtdı.

Ekzüperi fransız yazıçı və təyyarəçisi, öz qırıcı təyyarəsi “Laytinf” ilə 1944-cü il dənizdə batmış filosofun dediyi kimi dünyanı ləyaqət və mərhəmət xilas edəcək. Qeybəti özünə peşə seçənlər, MTN-çilər kimi faş olmuşlar, şayiədən çörək pulu qazananlar indi də rayonun tanınmış şəxslərindən olan Rəhim Rəhimovu şantaja keçiblər. Gah deyirlər ki: “Rəhim DSMF-nin baş mühasibi Ələddini döyüb”. Ələddin isə əclafları axtarır, gah da deyirlər ki: “DSMF-nin sabiq rəisi Kərimi döyüb”. Kərim də şayiə yayan şantajçıların yeddi arxadan dönəninə “Tərif” göndərir. Bəndəniz isə belə cavab verir: “Rəhim ömründə qarışqa tapdalamayıb, arxasızlara daim dayaq olub, əl tutub.”

Səhiyyə naziri O.Şirəliyev deyirmiş ki, “Kim deyirsə Azərbaycanda səhiyyə zəifdir, qələt edir. İndi Almaniyada müalicədəyəm, qayıdan kimi hamının cavabını verəcəm”…

Şərhə ehtiyac yoxdur, necə deyərlər, görünən dağa nə bələdçi?

Məhbub Zülfüqarlı

İmişli

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button