Bəxtiyar Hacıyevin 30 yaşı oldu

28.03.2012

Martın 28-də həbsdəki gənc fəal, sabiq deputatlığa namizəd Bəxtiyar Hacıyevin 30 yaşı tamam oldu. ​​Bəxtiyar Hacıyevə ən böyük hədiyyə martın 29-da edilə bilər.  O cəzasının artıq ikidə birini çəkib, martın 4-də həbs edilməsindən 1 il ötdü. Bəxtiyar Hacıyev qanunvericiliyə uyğun olaraq azadlığa buraxılması üçün məhkəməyə müraciət edib.

Məhkəmə martın 29-da saat 9-a təyin edilib. Bu müraciətə cəzaçəkmə müəssisəsinin inzibati binasında baxılmalıdır. Hakim məhkəmənin qapalı olmadığını desə də, cəzaçəkmə müəssisəsinin rəisi binaya kənar adamların buraxılmayacağı ilə bağlı xəbərdarlıq edib.

Məhkəmədən bir gün əvvəl ABŞ-ın Harvard Universitetinin pofessorları Bəxtiyar Hacıyevin azadlığa buraxılması üçün növbəti dəfə Azərbaycan prezidentinə müraciət ediblər.

Bəxtiyar Hacıyev Harvard universitetinin Kennedi məktəbi və Harvard Hüquq məktəbinin məzunudur. Onlar prezidenti gənc fəalın həbsinə diqqət göstərməyə səsləyirlər.

«Bəxtiyar Hacıyevin həbsindən keçən 1 ildə həm «Amnesty İnternational», həm də «Human Rights Watch» təşkilatları Cənab Hacıyevi vicdan məhbusu elan ediblər.
Mərhum Desmond Tutu-nun həmtəsisçisi olduğu hüquq müdafiə təşkilatı «Freedom Now» Bəxtiyar Hacıyevin azad edilməsi üçün çalışacağını elan edib. 900 nəfərə yaxın Harvard icması Hacıyevin dərhal azad edilməsinə çağıran petisiya imzalayıblar».

Məktub müəllifləri daha sonra deyirlər:

«Cənab Hacıyevin işini yenidən nəzərdən keçirməyinizi və vaxtından əvvəl azadlığa buraxılma hüququnu təmin edərək, onu həbsxanadan azad etmənizi xahiş edirik. Bu çox vacib və təcili məsələyə diqqət ayıracağınıza görə sizə təşəkkür edirik».

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button