Bəxtiyar Hacıyevin vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı etdiyi müraciətə baxılacaq

Fevralın 6-da, saat 11:45-də Bakı Apellyasiya Məhkəməsində keçiriləcək

Hakim Vaqif Mursaqulovun sədrliyi ilə gənc fəal, ABŞ-ın Harvard Universiteti məzunu Bəxtiyar Hacıyevin vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı etdiyi müraciətə baxılacaq. 

Məlumat üçün bildirək ki, 4 noyabr 2011-ci ildən Bəxtiyar Hacıyevə təyin edilmiş cəza müddətinin 1/3 hissəsi tamam olub. Azərbaycan qanunveriliciliyinə əsasən bu şəxslərə cəza müddətinin qalan hissəsini daha yüngül cəza növü ilə əvəz olunması və ya tamamilə qalan cəza müddətindən azad edilməsi qanunla tanınır.

Xatırladaq ki, dekabrın 29-da Qaradağ rayon məhkəməsinin hakimi Rəşad Mustafayevin sədrliyi ilə qanunsuz olaraq, cəzaçəkmə müəssisəsində vəkilinin iştirakı olmadan keçirilən iclasda Bəxtiyar Hacıyevin müraciəti rədd edilib.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button