Bakcell-lə mobil ünsiyyət indi daha rahat və sərfəli oldu

Azərbaycanın ilk mobil operatoru olan Bakcell şirkəti CİN abunəçiləri üçün nəzərdə tutulan daha iki yeni kampaniyaya start verməklə öz abunəçilərini sevindirməkdə davam edir. Mobil rabitəni daha rahat və sərfəli etmək üçün Bakcell şirkəti öz zəngin tarif portfelinə HədsizCIN və QazanCIN kampaniyalarını əlavə edib.

QazanCIN və HədsizCIN kampaniyaları SevinCIN və SevimliCIN abunəçiləri üçün nəzərdə tutulub. QazanCIN kampaniyasına qoşulan abunəçilər şəbəkə daxili zənglərin bir dəqiqəsi üçün 4 qəpik, şəbəkə xarici zənglər üçün 6 qəpik ödəyəcəklər. Kampaniyaya qoşulmaq üçün abunəçilər mobil telefondan *222#1# nömrəsini yığmalıdırlar.

HədsizCIN kampaniyasına qoşulmaqla abunəçilər ölkə daxili bütün istiqamətlərə dəqiqəsi sadəcə 6 qəpik tarifi ilə zəng edə bilərlər. Abunəçilər öz mobil telefonlarından *999#1# nömrəsini yığmaqla kampaniyaya qoşula və çox sərfəli qiymətlə yüksək keyfiyyətli mobil ünsiyyətdən yararlana bilərlər. Hər iki kampaniya 3 ay ərzində 1 iyul 2011-ci il tarixdən – 30 sentyabr 2011-ci il tarixinə kimi davam edəcək.

HədsizCIN və QazanCIN kampaniyaları ilə yanaşı, Bakcell bu yaxınlarda “Yatma, danış” kampaniyasına başlayıb. Bu kampaniyaya qoşulan CİN abunəçiləri isti yay gecələrində saat 00:00-dan səhər saat 08:00-a qədər şəbəkədaxili zəngləri pulsuz etmək imkanı əldə ediblər.

Bakcell şirkətinin Baş icraçı direktoru cənab Riçard Şirer kampaniyalar haqqında bunları deyib: “Biz müştərilərimizin rahatlığı üçün daima yeni güzəştlər haqqında düşünürük. Müştərilərimizə təqdim etdiyimiz yeni kampaniyalar, daha çox ünsiyyətdə olmaq və eyni zamanda öz xərclərinə nəzarət etmək istəyən müştərilərimizə böyük dəyər verməyimizin daha bir bariz nümunəsidir. Bakcell abunəçiləri bir daha əmin ola bilərlər ki, biz Azərbaycan mobil rabitə bazarında ən sərfəli tariflər və kampaniyalar təklif edirik”.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat almaq üçün, xahiş edirik, www.bakcell.com səhifəsinə daxil olun və ya 555-ə zəng edin.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Əlaqəli məqalələr

1 şərh

  1. Men tam eminem ki.Baksell abunecilerin cibine girir.Eger bele olmasaydi qepiye kecerken vaxtida gostererdiler.1 deqiqeni 51 saniye hesablayirlar.Sonra deyir abunecilerin xeyrine “Yatma danis “komaniyasi kecirir.Xalqi ozunuze guldurmeyin.Xalq,abuneci qedri bilensinizse 1 deqiqeni 5 qepik edin,danisiq vaxti saati ve pulu goster.Qoy o biri mobil sirketler de size baxib tarifi asagi salsinlar.onsuzda dunyada en bahacil sirketlersiniz.”Yatma danis”niye? K.B

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button