Bakcell müştərilərini belə aldadır

bakcell

Azərbaycanda fəaliyyət göstərən mobil operatorlar arasında birinci olmağı ilə öyünən “Bakcell” şirkəti müxtəlif kampaniyalarla müştəri cəlb etmək istəyir. Ancaq abonentlər bildirirlər ki, kampaniyalar əslində onların daha çox “cibinə girməyə” hesablanıb.

Abonentlərin ən çox narazı qaldığı məqamlardan biri odur ki, müştərilərə müxtəlif xidmətlərə (ulduz falı, lətifə, hava durumu, test sualları, müxtəlif viktorina oyunları və s.) abunə olmaq üçün mesajlar göndərilir. Abunəçi bu mesajları açdığı zaman isə avtomatik olaraq bu xidmətə abunə olmuş sayılır. Bu zaman isə onun xəbəri olmadan balansından gündəlik müəyyən məbləğ silinir. Bundan isə çox zaman abonentlərin xəbəri olmur. Elə bu səbəbdəndir ki, abonentlər tez-tez şikayətlənirlər ki, balanslarını artırsalar da, istifadə etmədikləri halda, müəyyən müddətdən sonra balansları sıfırlanır. Bu barədə “Bakcell”-ə rəsmi müraciət edəndə isə bildirirlər ki, siz filan xidmətə abunə olmusunuz. Bu zaman müştəriyə həmin abunəliyi dayandırmaq yolları təklif olunur və bildirirlər ki, buna görə şirkət məsuliyyət daşımır. Halbuki müəyyən qısa nömrələrdən gələn həmin abunəlik təkliflərinin “Bakcell”-in icazəsi olmadan abonentə göndərilməsi mümkün deyil. Həmçinin yuxarıda da qeyd etdiyimiz kimi, həmin mesajların əksəriyyəti elə funksionallaşdırılıb ki, hətta istəmədən belə mesajı açıb oxuyan zaman avtomatik abunəlik yaranır. Bəzən isə aylarla, hətta illərlə abonentin bundan xəbəri olmur və gündəlik 10-20-30 qəpik balansından silinməyə davam edir.

Bu cür xidmətlər sırasında “Bakcell”-in sponsoru olduğu “Mançester Yunayted” futbol klubu ilə bağlı məlumatlar da var. Belə ki, müştərilərin istəyi nəzərə alınmadan “Mançester Yunayted” pullu xidmətinə abunə edir, balansdan pul silirlər.

Son günlər ən çox reklam olunan tarif paketləri isə “Klass” tariflərinə aid olan “L”, “XL”, “XXL”,”5*” və “5*+” tarif paketləridir. Ancaq abonentlər bildirirlər ki, bu tariflərdə də abonentlər aldadılmaqdadır. Belə ki, reklamlarda, hətta “Bakcell”-in rəsmi saytında da bu tariflərə qoşulmanın pulsuz olduğu qeyd edilsə də, qoşulma zamanı balansdan pul silinir.

“Bakcell”-də olan digər problemlərlə bağlı araşdırmalarımız davam edəcək.

Aruz

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button