Bakcellin əla cini də yalan çıxdi – istifadəçilər yenə aldadıldı

bakcellMüştərilərini aldadan mobil operatorun adı bəlli olub

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin mart ayı üzrə mobil operatorlarla bağlı analiz işini yekunlaşdırıb.

2016-cı ilin mart ayında elektron mətbuatda, yəni sayt və portallarda mobil operatorlarla əlaqəli 1377 xəbər yerləşdirilib. Bunlardan 65-i mənfi, 1312-si isə neytral xəbərlərdir.

Mənfi xəbərlər operatorlar arasında belə bölünüb:

BakCELL (33 xəbər – Bakcellin əla cini də yalan çıxdi? istifadəçilər yenə aldadıldı),

Nar Mobile (23 xəbər – Nar müştərilərini necə aldadır: şok faktlar),

AzerCELL (9 xəbər – Azercell oğurluq edir: məndən davamlı kontur çıxarılması həyasızlıq və oğurluqdur – ittiham..)

Xəbər sayına görə sıralama:

  1. AzerCELL                                                                            734 xəbər
  2. BakCELL                                                                             569 xəbər
  3. Nar Mobile                                                                            68 xəbər
  4. NaxTel                                                                                  6  xəbər

 

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 160 xəbər dərc edilib. Bu xəbərlərin hamısı neytraldır, mənfi və müsbət xəbərlər yoxdur.

Xəbər sayına görə sıralama:

  1. AzerCELL                                                                            90 xəbər
  2. BakCELL                                                                             69 xəbər
  3. Nar Mobile                                                                             1 xəbər

Mart  ayında televiziya kanallarında mobil operatorlarla bağlı 1 xəbər göstərilib, bu isə AzerCELL-ə məxsus neytral xəbərdir.

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button