“Bakcell”in bitməyən yalanları – abunəçilər boğaza yığılıblar

Son günlər mobil operatorlarla bağlı şiakətlər çoxalıb. Xüsusi ilə “Bakcell” mobil operatoru ilə bağlı şikayətlər pik həddə çatıb. Abunəçilər kütləvi şəkildə mobil şirkətin fəaliyyətinə etiraz edirlər.

Vətəndaşlara hansısa xidmətlərə qoşulduğu deyilərək onların balansından pullar silinir. Şikayətçilərdən biri də, Cavid Qurbanov adlı abunəçidir. O deyir ki, 5 gün öncə balansına 10 manat yükləyib. Daha sonra 5 manatlıq internet paketi aktivləşdirib. Cavid Qurbanov deyir ki, balansındakı 5 manatdan 2 manat 40 qəpik kredit borcuna çıxılıb. Balansda qalan 2 manat 60 qəpik isə “yoxa çıxıb”:  “4 mart tarixində yenidən 2 manatlıq kontur yüklədim. 31 saniyəlik danışığım olub. 5 mart tarixi bazar günü idi. Həmin gün heç kimə nə sms yazmışam, nə də zəng eləmişəm. 6 mart tarixində səhər saatlarında balansı yoxladıqda isə məlum olub ki, balans yenə “0”-dır. Məsələ ilə bağlı 555-ə zəng eləsəm də, məlum oldu ki, operatorla danışmaq da pulludur. Bunun üçün də balans lazımdır. Yenidən balansı 2 manat artırıb 555-ə zəng elədim.

 

 

4 dəqiqə 13 saniyəlik danışıqdan sonra operator bildirdi ki, sizin telefona nömrələr göndərirəm şikayətlərinizi onlara deyin və ya həmin nömrələrə “STOP” sözünü yazıb göndərin. ”

 

 

Şikayətçi deyir ki, 9580-ə “STOP” yazıb göndərib. Cavab olaraq onun xidmətə qoşulmaması ilə bağlı mesaj gəlib. Digər nömrə olan 9515-ə də “STOP” sözünü yazıb göndərən şikayətçi xidmətə qoşulmaması ilə bağlı məlumat alıb.

 

 

 

Bundan sonra Bakcell operatorunun göndərdiyi nömrə ilə əlaqə saxlayan şikayətçi deyir ki, Vialink adlı provayderin əməkdaşı əsəbi halda cavab verərək dəstəyi yerə qoyub.

Bundan sonra şikayətçi, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə öz şikayətini bildirib.

“Ev telefonundan Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə zəng edərək bütün şikayətimi bildirdim. Daha sonra yenidən balansımı yoxladım. Operatorla 4 dəqiqə 13 saniyə danışdığıma baxmayaraq, balansımda bu dəfə 60 qəpik qalmışdı. Bir daha 555-lə əlaqə saxladım. Bakcell operatoru bildirdi ki, bu xidmətlər bazaya aid olmadığı üçün onlar bunun qarşısını ala bilmirlər. Ümumilikdə bir neçə günün ərzində 5 manatdan çox pulum oğurlnıb. İndi balansımda 49 qəpiyim qalıb” – bunu da Cavid Qurbanov deyir.

 

 

xural.com məsələni araşdırmaq üçün “Bakcell”in mətbuatla bağlı əlaqələndiriciləri ilə əlaqə saxlamaq istəsə də, buna nail ola bilmədik. Şirkətin cavabı olarsa, onu da dərc etməyə hazırıq.

 

Xural.com

 

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button