Bakda -8 dərəcə şaxta olacaq

05.02.2012

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, fevralın 5-də Bakıda və Abşeron yarımadasında gecə bəzi yerlərdə az qar yağacağı, gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə -5-8 dərəcə C şaxta, gündüz 0 dərəcə C-yə yaxın olacaq. Yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi,lakin bəzi şərq rayonlarında az yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə -1 -6 dərəcə C şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə -13 -18 dərəcə C şaxta, gündüz 0-5 dərəcə C  şaxta olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu – 23-28 dərəcə C şaxta təşkil edəcək. Yollar buz bağlayacaq.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button