“Bakı 2015” başsağlığı verdi

eyvazov“Bakı 2015″ Avropa Oyunları Əməliyyat Komitəsi 19 may 2015-ci il tarixdə Bakı şəhərində, yaşayış binasında baş vermiş dəhşətli yanğın hadisəsi nəticəsində dünyasını dəyişənlərin, o cümlədən Birinci Avropa Oyunlarının könüllüsü Eyvazova Ülkər Hamir qızının, eləcə də anası Şirinova Zülfiyyə Yavər qızı və qardaşı Eyvazov Davud Hamir oğlunun faciəli şəkildə həlak olmalarından kədərləndiyini bildirir və mərhumların ailələrinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!”
Xatırladaq ki, Azadlıq prospektindəki yanan 16 mərtəbəli binada faciəvi şəkildə həlak olan

Ülkər Bakı Dövlət Universitetinin Ekologiya fakültəsinin tələbəsi olub. Gənc qızın nişanlı olduğu deyilir və yaxınlarda toyu olacaqmış. Qonşuları bildirib ki, ailə yanan binaya təzə köçübmüş, kirayə qalırdılar. Bundan əvvəl isə qonşu binada yaşayırmışlar.

Eyvazov Davud isə 283 nömrəli məktəbin 10-cu sinif şagirdi idi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button