Bakı-2015-in açılış mərasimi haqqında 15 maraqlı fakt – FOTO

Avropa Oyunları barədə bilmədikləriniz.

1.  2012-ci ilin dekabr ayında Bakı tarixdə Birinci Avropa Oyunlarının lokasiyası üçün seçildi.

2.  50 Milli Olimpiya Komitəsini təmsil edən 6000 idmançı 18 arenada 20 idman növü üzrə 253 medal uğrunda mübarizə aparacaq.

3.  Bakı-2015-in könüllülərinin rəsmi adı Alov qoruyucularıdır. Bu, Azərbaycanın odlar yurdu olması ilə əlaqədardır.

4.  Bu il Novruz bayramı nadir günəş tutulması ilə müşayiət edilib. Bu günəş tutulması Avropanın bütün güşələrində müşahidə edildi. Bu təbii hadisə tədbirdə nümayiş etdirilib.

5.  Mərasimin rejissoru Dmitris Papaioann dünya şöhrətini 2004-cü ildə Afinada keçirilən Yay Olimpiya Oyunlarının rəhbəri kimi qazanıb.

6.  Oyunların Açılış mərasimində səslənən musiqilərin dörddən üçü azərbaycanlı bəstəkarlar tərəfindən yazılıb. Əsasən XX əsr məşhur musiqiçilərinin – Üzeyir Hacıbəyov, Qara Qarayev və Fikrət Əmirovun musiqiləri səslənib. Stadionda həmçinin Alim Qasımov və Natiq Şirinov kimi əfsanəvi artistlər çıxış edib.

7.  Səhnənin quraşdırılmasına 3 ay vaxt sərf edilib, cəmi üç günə isə sökülüb.

8.  Minlərlə rəqqasə arenaya gələrək çoxqatlı ətəkləri ilə Azərbaycan xalçalarının naxışlarını təsvir ediblər.

9.   24 il öncə 1991-ci ildə Azərbaycan müstəqillik əldə edib. Bu ildönümünün şərəfinə Oyunlara olan vaxtın başlanğıcına geriyə sayım nağara üzərində 24-dən başladı.

10.  Aprel ayının 26-dan başlayaraq 48 gün ərzində minlərlə insan məşəli ölkənin müxtəlif regionlarında daşıyıb. Bakı-2015-in alovunun səfərinin ümumi uzunluğu 5500 km olub.

11.  İlham Zəkiyev – Azərbaycan cüdoçusu. 1998-ci ildə başından güllə yarası alıb və görmə qabiliyyətini itirib. Uzun müddətli reabilitasiya dövründən sonra İlham idmana qayıdıb: onun hesabında Paralimpiya Oyunlarında qazanılan iki qızıl medal, ikiqat dünya çempionu və beşqat Avropa çempionu adı var.

12.  Nizaminin qəhrəmanlarına həsr edilmiş səhnədə 300 nəfər iştirak edib.

“Yeddi gözəl”dən başlamış “Cənnət”ə kimi müxtəlif əsərlərin mifik və nağıl qəhrəmanları nümayiş etdirilib.

13.  Nizaminin poemalarında narlar məhəbbətdən partlayır. Bakı-2015-in Açılış mərasimində tamaşaçıların başı üzərində pərvaz edən və açılan nar da həmin mənanı kəsb edirdi.

14. Çatların arasında peyda olan Xəzər dənizinin sahəsi 450 kv/m, suyun həcmi isə 18 000 litrdən ibarət idi.

15. Yüzlərlə rəqqas milli rəqsi ifa edərək yeri lərzəyə gətirdi.

Onların rəqsi qədim vulkanı oyatdı və möhtəşəm qaya meydana gəldi, bu, tarixi qoruğu “Qobustanı” simvolizə edirdi. Çatların yerində əmələ gələn qayaları 2480 mexanizm hərəkətə gətirirdi. Onun hündürlüyü 16 metrə bərabər olub. Rəqqasların çıxışı zamanı Azərbaycan musiqisinin incisi – “Sarı gəlin” səslənirdi.

Mənbə Friday.az 

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button