Bakı 2015 Olimpiya Stadionunu sınaqdan keçirir

stadionBakı 2015, iyunun 12-də start götürəcək Avropa Oyunlarından öncə, bazar günü, mayın 9-da Olimpiya Stadionunun hazırlıq vəziyyətini sınaqdan keçirəcək.

İctimaiyyət üçün qapalı olan tədbir, son həftələrdə arenalarda baş tutmuş oxşar təşəbbüslərin sonuncusudur.
Mayın 9-da saat 12:00-dan 19:00-a qədər Bakı Olimpiya Stadionuna yaxın ərazilərə getmək istəyən və ya bu zonada ictimai nəqliyyatdan istifadə edəcək sakinlərin nəzərinə çatdırırıq ki, həmin saatlarda bu ərazidən keçən yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bununla əlaqədar olaraq, avtobus və metro nəqliyyatında sərnişinlərin sayının artacağı gözlənilir.
9 may tarixdə və Bakı 2015 Avropa Oyunları zamanı, şəhərdaxili nəqliyyatın hərəkət planı barədə ən son məlumatları aşağıdakı mənbələrdən əldə edə bilərsiniz:
– Bakı 2015 Tamaşaçı Məlumat Mərkəzi – 2015 nömrəsinə zəng etməklə;
– Nəqliyyat Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsi və Bakı Şəhər İcra Hakimiyyətinin rəsmi internet səhifələri;
– Radio, rəsmi internet və facebook səhifələri də daxil olmaqla NİİM-in əlaqə kanalları.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button