Bakı Ağır Cinayətlər Məhkəməsində dava-dalaş düşdü

 dava 12021028.06.2013

 “Azər-Ross” MTK-nın rəhbəri Əflatun Piriyevi qətlə yetirməkdə təqsirləndirilən şəxslərin qohum-əqrəbasının başladığı dava-dalaşı yatırtmağa əlavə polis qüvvələri cəlb edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə “Azər-Ross” MTK-nın rəhbəri Əflatun Piriyevi qətlə yetirməkdə və dələduzluqda təqsirləndirilən Hümbət Məmmədov, Tofiq Bəkirov, Fərman Hacıyev, Ramil Hacıyev, Vüsal Qurbanov, Sahil Şamilov və Şamil Şamilovun cinayət işi üzrə məhkəmə prosesi keçirilməli idi. Amma prosesə gələn təqsirləndirilən şəxslərin çoxsaylı qohumları ilə məhkəmə nəzarətçiləri arasında dava düşüb. Təqsirləndirilən şəxslərin qohumları məhkəmə prosesində iştirak etmək istəsələr də, məhkəmə nəzarətçiləri zalda oturacağın olmadığını bildiriblər. Buna etiraz edən şəxslər məhkəmə binasına daxil olaraq,  hakimi hədələyiblər və məhkəmə nəzarətçiləri ilə əlbəyaxa dava dava ediblər. Vəziyyətin nəzarətdən çıxdığı üçün hadisə yerinə əlavə polis qüvvələri cəlb edilib. Polis davanın qarşısını almağa çətinliklə müvəffəq olub.

Qeyd edək ki, ittihama görə, 2011-ci il iyulun 11-də, saat 13 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yerləşən “Azər-Ross” mənzil-tikinti kooperativində qurumun təsisçisi Əflatun Piriyev odlu silahdan açılan atəşlə qətlə yetirilib, baş mühasib Əmiraslan Əhmədov ağır yaralanıb. İstintaq araşdırmaları zamanı cinayət işi üzrə dələduzluq faktları da üzə çıxıb. Məlum olub ki, şirkətin rəhbər şəxsləri – H. Məmmədov və F. Hacıyev vətəndaşları aldadıb bir mənzili bir neçə nəfərə satmaqla dələduzluq ediblər. Cinayət işi üzrə dələduzluqla üzləşən 26 vətəndaş zərərçəkən qismində tanınıb. Zərərçəkən 24 nəfərdən 1 milyon 777 min manat pul alınıb və onların heç birinə mənzil verilməyib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button