Bakı Avropa Məhkəməsinə qarşı:Milli Məclisin yeni qanun layihəsi nə vəd edir?

 Avropa Mehkemesi

Təəssüflə demək istəyirəm ki, Avropa Məhkəməsinin qərarlarının icrası ilə bağlı Azərbaycanda problemlər var”. Bunu hüquq müdafiəçisi İradə Cavadova ötən həftə parlament komitəsində müzakirəyə çıxarılan «İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında» qanun layihəsini şərh edərkən deyib.

O, AzadlıqRadiosuna müsahibəsində söyləyir ki, Azərbaycan beynəlxalq konvensiyalara qoşulduğu halda, öhdəliklərinə əməl etməməsi onun imicini korlayır. İradə Cavadova “əgər beynəlxalq qərarlar icra olunmasa, yəqin ki, tədbir görüləcək” deyir: “Hesab edirəm ki, dövlət qoşulduğu öhdəlikləri yerinə yetirməli, imicini qorumalıdır. Avropa Məhkəməsinin bir neçə qərarı var ki, icra olunmayıb və bu, hüquq müdafiəçilərini, vətəndaş cəmiyyətini çox narahat edir”.

Layihənin müəllifi Rəfael Cəbrayılov komitə müzakirəsində deyib ki, Konstitusiya Məhkəməsinə yeni səlahiyyətin verilməsi nəzərdə tutulur. O, bildirib ki, bəzən dövlətlərarası orqanların qərarlar Qanun layihəsində konkret Avropa İnsan Haqları Məhkəməsinin adı çəkilməsə də, bəzi hüquq müdafiəçiləri, ekspertlər söhbətin məhz bu qurumun qərarlarından getdiyini düşünür.ı ikili standartlar əsasında olur, Azərbaycanın maraqlarına uyğun gəlmir.

“Qanun qəbul olunsa belə, qüvvəyə minməsi uzun çəkəcək”

Hüquqşünas Erkin Qədirli hesab edir ki, Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin onun xoşuna gəlməyən bəzi qərarlarının icrasından yayınmaqdan ötrü hüquqi əsas axtarır:

“Rusiyada olduğu kimi, burda da belə bir qanun qəbul etmək istəyirlər. Amma parlament qəbul etsə də, qüvvəyə minməsi uzun çəkəcək. Çünki bu, Konstitusiya qanunudur. Bir dəfə səsə qoyulur və 95 səs çoxluğu ilə qəbul olunmalıdır. Üstündən 6 ay keçəndən sonra təkrar səsverməyə çıxarılmalıdır və yenə də qəbulu üçün95 səs çoxluğu lazımdır”.

Bu qanun layihəsinin tezliklə qəbul olunub qüvvəyə minməsi hələ mümkün olmasa da, Erkin Qədirli hesab edir ki, bu məsələnin gündəmə çıxarılması yaxşı hal deyil və Azərbaycanın insan haqları sahəsində beynəlxalq öhdəliklərinin yerinə yetirilməsində geriyə addım atması kimi görünür: “Bu, Azərbaycanın strateji inkişafına uyğun deyil”, deyə hüquqşünas əlavə edir.

“Məsələyə siyasi prizmadan yanaşanda…”

Millət vəkili Azay Quliyev Azadlıq Radiosuna müsahibəsində deyir ki, Azərbaycan Avropa Məhkəməsinin qərarlarının icrasında hər hansı bir pozuntuya yol verməyib:

“Bəzən isə Azərbaycandan tələb olunan məsələlər bu qurumun mandatından kənardır. Əgər hər hansı mübahisəli məqamlar varsa, bunu hüquq müstəvisində həll etmək lazımdır, siyasi prizmadan yanaşmaq düzgün deyil”.

Azay Quliyevin fikrincə, bilərəkdən məsələ siyasiləşdirilərsə və Azərbaycana qarşı işlədilirsə, “əlbəttə ki, bu, xoş qarşılanmır”. Millət vəkilinin sözlərinə görə, heç bir ölkə basqı nəticəsində qərar qəbul etməz, “hər bir dövlətin mənliyi, kimliyi” var. Azay Quliyev hesab edir ki, dövlət milli maraqlar tələb etdiyi halda öz mövqeyini ortaya qoymalıdır.

Ötən il 30 qərar Azərbaycanla bağlı olub

Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) 2015-ci ildə qəbul etdiyi 823 qərarın 30-u Azərbaycanla bağlı olub.

Ötən ilin dekabrında Avropa Şurasının Baş katibi Torbrn Yaglandın təşəbbüsü ilə Azərbaycanın Avropa İnsan Haqları Konvensiyasını necə yerinə yetirməsi araşdırılmağa başlanıb. Baş katib Konvensiyanın Azərbaycanda çox ciddi pozulduğunu deyib və qeyd edib ki, Avropa İnsan Haqları Məhkəməsi bunu REAL-ın sədri İlqar Məmmədovun işində üzə çıxarıb.

Azərbaycan Avropa Şurasına 2001-ci ilin yanvarında qoşulub. Həmin ildən ölkə Avropa Məhkəməsinin yurisdiksiyasını qəbul edib. AİHM Azərbaycanla bağlı ilk qərarını 2006-cı ildə qəbul edib. 2015-ci ilin sonunadək Azərbaycandan AİHM-ə 1522 şikayət göndərilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button