Bakı duracaqlarında təmassız ödəniş sistemindən istifadə olunacaq

trend_parkomat_140514

May ayının sonuna qədər Bakıda bələdiyyə avtomobil duracaqlarında təmassız ödəniş metodundan istifadə olunacaq.

Bu barədə Trend-ə layihəyə yaxın mənbədən məlumat verilib.

Mənbənin sözlərinə görə, bələdiyyə duracaqlarında layihənin reallaşdırılması üzrə artıq razılıq əldə olunub. Həmçinin, özəl duracaqlarda da bu yeni ödəniş metodundan istifadə edilməsi üçün danışıqlar aparılır.

Ödəniş duracaqlarda, Bakı Metropolitenində və Azərpoct məntəqələrində satılacaq xüsusi stikerlər vasitəsilə həyata keçiriləck: “Stikerin dəyəri – 0,5 manat olacaq. Lakin ilkin sınaq dövründə onlar pulsuz paylanılacaq. Stikerin balansını mobil telefondakı elektron balans hesabına artırmaq mümkün olacaq”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button