“Bakı” futbol klubunun prezidenti “Nurgün Motors”la qohum oldu

“Bakı» futbol klubunun prezidenti Hafiz Məmmədovun oğlu Kənan Məmmədov06.07.2013

İş adamı,  “Bakı” futbol klubunun prezidenti Hafiz Məmmədov oğluna toy edir.

Elitar.az-ın Axşam.az-a istinadən verdiyi məlumata görə, Hafiz Məmmədovun oğlu Kənan Məmmədov “Nurgün Motors” şirkətinin prezidenti Nuru Əliyevin qızı ilə ailə həyatı qurur.

“Buta Palace”da baş tutacaq toy mərasimində dünyanın bir çox məşhur müğənniləri , o cümlədən PSY və Tarkanın iştirakı gözlənilir.

Xatırladaq ki,  “Bakı» futbol klubunun prezidenti Hafiz Məmmədovun oğlu Kənan Məmmədov 2 il əvvəl Xorvatiyanın Azərbaycandakı xoşməramlı səfiri seçilib.  Xorvatiya hökuməti o zaman 23 yaşlı iş adamı Kənan Məmmədov barədə məlumat topladıqdan sonra onun namizədliyi üzərində dayanıb və istəyini Azərbaycan tərəfə bildirib.

İki ölkə arasında münasibətlərin yaxınlaşmasında maraqlı olan Balkan respublikasının rəhbərliyi gözlədiyi cavabı Azərbaycandan alıb.

Nazirlər Kabineti Kənan Məmmədovun fəxri səfir təyin olunmasına razılıq verib.

Qeyd edək ki, “Bakı» futbol klubunun prezidenti Hafiz Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun iş ortağıdır. Nazirin oğlu Anar Məmmədov “Bakı» futbol klubunun fəxri prezidenti və komandanı maliyyələşdirən şəxslərdən biridir.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button