BAKI İSTİNTAQ TƏCRİDXANASINDA OLAY – FOTO

Penitensianar xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların və narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə Penitensianar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Sentyabrın 9-da həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında 2009-cu ildən qulluq edən ədliyyə çavuşu Həsənov Ağasif Vidadi oğlunun üzərinə və əlindəki sellofan paketə baxış keçirilən zaman qida məhsullarının altında gizlədilmiş göy rəngli xüsusi bükülünün içərisindən narkotik maddələr- xalis çəkisi 10,555 qram olan “Tiryək”, xalis çəkisi 0,624 qram olan “Heroin” və xalis çəkisi 23,8 qram olan qurudulmuş “Marixuana” aşkar edilərək götürülüb.

Eyni zamanda A. V. Həsənovun əlindəki sellofan paketdəki xüsusi bükülüdən 100 ədəd çəhrayı rəngli dərman həbləri, 9 ədəd “Nokia” markalı mobil telefon, 1 ədəd “Samsunq” markalı mobil telefon, 1 ədəd “Bluetooth” markalı mobil telefon,  5 ədəd Cin,  8 ədəd “Sim”, 1 ədəd “Nar” danışıq kartları, 7 ədəd mobil telefon qidalandırıcısı,  4 ədəd mobil telefon qulaqcığı, 4 ədəd mobil telefon qidalandırıcısının başlıq hissəsi,  2 ədəd mobil telefon batareyası, 2 ədəd “Fitron” və  “Omax” markalı qol saatları və 1 ədəd gümüşü rəngli qolbaq aşkar edilib.

Fakt üzrə araşdırma aparılır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button