Bakı İstintaq Təcridxanasında məhbusları necə soyurlar?

Həbs yerlərində korrupsiya hallarının tuğyan etməsinə dair xeyli yazılarımız və Hesabatlarımız olub. Ordakı rüşvət mexanizminin ifşa olunmasını, məhbusların necə soyğunçuluğa məruz qalmasını onların öz dilindən eşitmək daha maraqlı və əsaslıdır.

Həbsdə olan siyasi məhbus, AZEL.TV saytının baş redaktoru Əfqan Sadıqovun Bakı İstintaq Təcridxanasında korrupsiya hallarını ifşa edən məktubunu diqqətinizə təqdim edirəm. Oxuyun, görün həbsdə olan məhbuslar əlavə olaraq hansı məşəqqəti, zülmü yaşayır və onları dövlətin adı ilə necə soyub talan edirlər;

“Kürdəxanı türməsində rəis Rəşid Səfərovun açdığı bazar – Soyğunçuluq!

Mən yazım, siz də deyin görək buna vicdansızlıq, Allahsızlıq, özbaşınalıq, qaniçənlik demək olar, yoxsa yox?

– Valideyn və ailə üzvləriylə qısa görüş 150-200 manat;
– Kamerada “pletka” işlədilməsinə icazə hər ay üçün 100 manat;
– Dustaq yanına göndərilən puldan və dustaqların etap üçün Kürdəxanıdan çıxarıldığı və gətirildiyi vaxt axtarış (şmon) otaqlarından yoxlanışdan keçirildiyində üstdən çıxan puldan təxminən 15-20%-ini istəyirlər;
– Evə zəng vurmaq istəyəndə 5 manat verməsən icazə verilməyəcək;
– Televizorda yalnız Az.tv göstərilir, bütün kanalları qəsdən ayırıblar. Başqa kanallara baxmaq istəsən 150 manat ver bayırda 30 manatlıq aparatdan gətirib qursunlar;
– Türmədən cəzaçəkmə müəssisənin göndərilmə(bölgü) vaxtı hər müəssisənin şərait və yerinə görə qiyməti var, 100-500 manat;
– Büdcədən dustaqların gündəlik xərcləri üçün ayrılan pulların əvəzinə verilən yeməklər:səhər-axşam qreçqa (papuqay yeməyi), yaxud perlova verilir;
– Günorta yağsız, ətsiz sup. Qarox, makaron, düyü, perlova supu;
– 8 nəfərlik kameraya 12-15 nəfər salınır. “Prostina, balış üzülər” dəyişdirilmir. Hər ay 12-15 nəfərlik kameraya 1 dəfə ümumi 1 kq yağ, 1kq şəkər tozu verilir (payok);
– Qap-qara, içi çiy olan çörək verilir. Çörəyi sıxanda damcı-damcı su süzülür. Dustaqları mədə qıcqırması (joqa) xəstəliyinə salırlar;
– Bir yerin ağrıyanda günlərlə həkim gözləməyə məcbursan. Həkim gələndə də demək olar ki, heç bir dərman olmur. Dərman istəsən hökmən hörmət etməlisən;
– Xəstə-sağlam, bütün dustaqları eyni kameraya salırlar.

Rəis Rəşid Səfərovun Kürdəxanıdakı təcridxanasında işlətdiyi dükanında oddan bahalı qiymətləri;

– Bayırda 1 litirlik duru yağ (3man), Kürdəxanıda 4.50man.
– 0.50 qəpiklik əl-üz sabunu 1.50 manat.
– Qalina blanka 1 ədəd-0.50 qəpik.
– 1 qutu (5ədəd) göy paltar sabunu-5 manat.
– 0.50 qəpiklik dəftər-2 manat.
– 5-6 manatlıq kolbasa-12 manat.
– Qatılaşdırılmış süd(skuşonka)-3 manat.
– Paçka kofe 1 ədəd-0.60 qəpik.
– 0.60 qəpiklik makoron, vermeşil-1.80 manat.
– Toyuq 8 manat. Yumurta(zavod)0.30 qəpik.
– Qələm 0.20 qəpiklik-0.60 qəpik.
– Krassvord-1 manat.
– 1 litir qazsız su 0.80 qəpik. Və.s.

Mən Rəşid Səfərova demişdim: Prezidentin avropa standartlarına tam uyğun Peenitensiar xidməti budurmu? Prezident yalan danışır, ya siz quldurluq, ona xəyanət edirsinizə, sualıma rəisin mənə cavabı:həmişə mənim qulluğumdadır. Mənim özümə nə lazımdırsa ona deməyimi xahiş etdi. Razılaşmadığımı gördükdə:mən sənə nə pislik etmişəm, səni mən tutdurmuşam, əl çəkdə məndən, məndən nə istəyirsən? Çöldəkilərdən qurtardın indi də mənimlə başladın?!
Sonra eşitdim ki, dalımca deyirmiş: bu nə vaxt cəhənnəm olub burdan gedəcək, mənimdə canım dincələcək?
Mənə-ailəni fikirləş, tez çıx get ailənin yanına-dedi. Mən ona-Rəşid müəllim, ailəni fikirləşmək, onlara ovtomobillər, villar almaq demək deyil, onları fikirləşirəm deyə onları heç vaxt söydürmürəm mən-dedim.

P.S. Bəlkə də Rəşid Səfərov bu yazını oxuyacaq. Oxumasa da, oxuyan dost-tanışı, qohum-əqrabası ona bu haqda məlumat verəcək. Əgər dediklərimdə zərrə qədər də yalan varsa elə burdaca yaza, etiraz edə bilərlər.

Əfqan Sadıqov

AZEL.TV-nin baş redaktoru”

Əlaqəli məqalələr

2 şərh

  1. HAMIN XIDMATIN BASINDA SAVADSIZ, RUSVATXOR.KORUPSINOR,ARIZA SOZUNU YAZMAGI BACARMAYAN GENERAL RUTBASINA LAIQ OLMAYAN NAQLIYYAT POLISINI BARBAD VAZIYATA SALAN.HAR IL SAXSI HEYATA MACBURI SAKILDA 8-10 DAFA YARDIM YAZDIRIB MALIYA SOBASININ ALI ILA MACBURI QAYDADA MANIMSAYAN CEYHUN HASANOV KIMI AZARBAYCAN MILATINA QANIM KASILAN BIR BANDID RAHBARLIK EDIRSA .HAMIN TASKILATDA INSANLARIN AH NALASI GEC TEZ ONU TUTACAQ, HAMIN TASKILATDA RUSBAT VA KARRUPSIANIN QARSISINI HEC KIMIN GUCU CATIB DAYANDIRA BILMAZ,KAS KARRUPSIYA QARSI MUBARIZA IDARASI ONUN NAQLIYYAT POLISINDAKI FALIYYATINI YOXLAYAYDI.NA QADAR SAXTAKRLIQLAR KORUPSIYA FAKTI ORTAYA CIXARARDILAR,

  2. Hər yan biznes olanda. türmə də biznes olacaq da!…
    Ümümiyyətlə kapitalist sistemi kasıblar üçün deyil!…
    Kasıblar qul kimi istismar olunub tez ölüb getməlidir ki, onun yerini daha cavan qul tutub öz növbəsində istismar olunub elə qocalıq yaşına çatmadan tez ölüb-getsin!…
    Sizlər, qanmazlar, soveti bəyənmədiz, SSRİni dağıtmaqda dünya və sovet dələduzlarına kömək etdiniz, indi bəs nə istəyirsiz?! Belə də olmalıdı da!…
    İndi oturun gözləyin ki, bir əlli-yüz il keçsin, sonra bizdə olan kapitalizm bir az insaniləşdirilsin!… O vaxtacan isə milçək təki ölənlərin sayı milyonları öztəcək!…
    Gözləyin, baxaq görək bundan nə çıxacaq!…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button