Bakı meri: “Şikayətləri varsa, gəlib özümə desinlər”

 “Evi yanan sakinlərə kompensasiya verilib. Kirayədə yaşayan 4 ailə və 32 ev sahibi pullarını alıblar. Bir neçə ailə qalıb ki, onlar hələ pullarını götürməyiblər”.

Bunu Azvision.az-a açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib.
İcra başçısı bildirib ki, pulunu almayan ailələr də gündəlik olaraq gəlib pulların alırlar: “Xəstəsi olan, işdə olanlar var. Onlar hamısı bundan məlumatlıdır və banklarda hesabları var. Gəlib pullarını götürə bilərlər”.
H.Abutalıbov həmçinin bildirib ki, kirayə qalanlarla mənzil sahibləri arasında olan problemlər həll olunub.
“Onları çağırıb, birlikdə söhbət etmişik. Razılıq əldə olunub və pullarını alıb gediblər”.
Binada aparılan təmir işləri ilə bağlı Bakı meri bildirib ki, “Azəraqrartikinti” ASC artıq yanan binda işə başlayıb: “Biz çalışacağıq ki, 5 ay müddətinə həmin binanı təmir edib, təhvil verək. Bina ən yüksək səviyyədə təmir olunacaq. Orada yaşayan mənzil sahiblərindən və kirayə yaşayanlardan narazılıq edən yoxdur. Əgər kiminsə şikayəti varsa, gəlib mənim özümə desin. Oturaq söhbət edək, problemlərini həll edək”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button