Bakı nefti olmasaydı, dünyanın taleyi necə olardı?!

çapay

Müharibədən sonrakı illərdə aparılan Sovet təbliğatında, İkinci Dünya Müharibəsindən söz düşərkən, faşizmlə mübarizədə Azərbaycan neftinin rolundan danışılmayıb. Stalinqradda, Kurskda həlledici vuruşlarda, Şərqi Avropanın azad edilməsində Azərbaycan neftinin rolu haqqında demək olar ki, hər bir zaman bilərəkdən susmağa üstünlük verilib. Sovet təbliğatı hər zaman iddia edirdi ki, müharibə illərində Bakı neftinin itiriləcəyi təqdirdə, Volqaətrafı rayonların yataqları ehtiyat bazası olub. Bakı neftinin İkinci Dünya Müharibəsində əhəmiyyəti haqqında ötəri olaraq Qərbdə də xatırladılır. Ancaq o da yetərli deyil. Bu gün bu məsələ yalnız Azərbaycanın tanınmış alimi Çapay Sultanovun araşdırmalarında geniş Oxucu kütləsinə çatdırılır. Çapay Sultanov özünün çoxsaylı kitablarında bütün dünyaya Bakı nefti haqqında həqiqətləri və faşizm üzərində Qələbəyə qoyduğu töhfədən danışıb.

Bir daha və bir daha bu tarixi faktları təqdim etmək lazımdır. Bakı İkinci Dünya Müharibəsinin insanlıq tərəfindən qazanılmasının əsas faktorlarından biri olub. Yəni bügünkü dünya nizamında Bakının da yeri və rolu danılmazdır. Tarixin bu qəhrəmanlıqlarından isə ibrət götürmək lazımdır – görkəmli alim Çapay Sultanova təşəkkür edərək…

Əvəz Zeynallı, jurnalist

 

Çapay Sultanov: “Əgər 1942-ci ildə Bakı təslim olardısa, dünya hansı istiqamətdə dəyişərdi?”

(Görkəmli alim Çapay Sultanovun versiyası)

 

“Neft və siyasət” mövzusuna həsr olunmuş bir çox kitab və məqalələr mövcuddur – Bakı ətrafında sürətlə dəyişən vəziyyət bu mövzu üçün klassik nümunə ola bilər. Cədvəldə əksini tapan bu iki göstərici arasındakı korrelyasiya praktiki olaraq o qədər cüzidir ki, onun qanunauyğunluğunu yalnız Nyutonun qanunu ilə müqayisə etmək olar. Heç də təsadüfi deyil ki, Stalin Ribbentrop-Molotov paktına neftə aid maddənin daxil edilməsini israr edirdi. Daniel Yerqinin yazdığına görə: “1940-cı ildə alman-Sovet paktının kontekstində Sovet hökumətinin xarici işlər üzrə xalq komissarı Vyaçeslav Molotov bəyan etmişdir ki, “Batuminin və Bakının cənubundan Fars körfəzinə uzanan region Sovet İttifaqının əsas maraq dairəsi kimi qəbul olunur”.

1

1937-ci ildən 1941-ci ilə qədər qeyri-Avropa ölkələrindən Avropaya daşınan neft məhsulların və Azərbaycanda çıxarılan neftin müqayisəsi. Bu müqayisə müharibə öncəsi siyasi vəziyyətə aydınlıq gətirir və məşhur “neft və siyasət” ifadəsini əks etdirir

Azərbaycanda və İkinci Bakıda neft hasilatı haqqında bir neçə kəlmə

2

Dünya faciəsinə aparan məsafə – 450 km. Alman ordusunun Bakıya daxil olmaq üçün məhz bu qədər məsafəni qət etməsi qalmışdı

Əgər faşistlər Bakını işğal etsəydilər – Bakıya çatmağa cəmi 450 km qalmışdı – o zaman SSRİ 2.2 milyon ton neft və Saratovla Ufada iki neft emalı zavodu ilə qalardı.

Hadisələrin bu cür gedişində SSRİ-nin ərazisinə soxulmuş bəzi qonşuları sözsüz ki, öz siyasətlərinə dəyişiklik edərdilər. Həmçinin heç şübhəsiz ki, “Luftwaffe” almanların hərbi hava qüvvələri nəyin bahasına olursa olsun, Saratovda və Ufrada qalan iki neft emalı zavodunu da bombalayardılar.

SSRİ (belə zərbəyə dayana bilməzdi) həmin illərdə “İkinci Bakı” barədə gedən bütün söhbətlər sovet rəhbərlərinin uydurması idi.

Əgər almanlar Bakını tutmuş olsaydılar, heç bir “İkinci Bakı” hadisələrə təsir edə bilməzdi. “İkinci Bakı”da hasil edilən gündəlik 1,5-2 milyon ton neft ilə sadəcə regionda 15-20 milyon ton hasilat səviyyəsinə çıxan Qroznı və Bakının neft quyularının bir qismini belə bərpa edən faşist Almaniyası ilə mübarizə aparmaq mümkünsüz bir şey olardı.

3

İkinci Dünya Müharibəsi illərində Azərbaycan və “İkinci Bakı”nın müqayisəli neft hasilatı. Sadəcə bir baxış yetirmək kifayətdir ki, neft təminatı ilə bağlı vəziyyəti başa düşəsən

4

1942-ci ildə SSRİ-də neft hasilatı – möhtəşəm dönüş ili – Stalinqrad döyüşündən sonra

1942-ci ildə neft hasilatı ayrı sətirdə əbəs yerə verilməyib, ona görə ki, məhz həmin ildə Stalinqrad döyüşündə SSRİ-nin və nəticə etibarı ilə Avropanın taleyinə aydınlıq gəldi. Və Bakının Stalinqrad döyüşünə töhfəsi nəzərəçarpacaq dərəcədədir.

5

Bakı Stalinqrad döyüşündə. 1942-ci ildə həlledici döyüş zamanı Stalinqradın Bakıdan və Bakı vasitəsilə aldığı yardımlar.

Stalinqrad döyüşünə toxunarkən, Vasilevski “Bütün həyatın işi” adlı öz memuarında yazırdı: “Stalinqradda ümumi üstünlüyümüz yox idi”.

Tərəflərin sərkərdələrdə də üstünlüyü yox idi – Stalinqrad döyüşündə məşhur Sovet hərbçiləri döyüşürdü: Rokossovskiy, Yermenko, Vatutin, Çuykov, Lyudnikov, Şumilov – hansılar ki, heç nədə almanlara uduzmurdular. Onlar cəsur, savadlı, döyüş metodlarına yaxından bələd olan generallar idi.

Və Stalinqrad döyüşündə almanlar tərəfindən ən güclü alman generalları iştirak edirdilər – Fridrix Paulyus, Qustav fon Viterşeym, Viktor fon Şelder, Valter Qeyti, Karl Ştreker, Valter fon Zeydlits-Kurtsbax, Artur Şmidt, Volfqanq Pikert, Ervin Yeneke, Hans Valentin. Onların hərbi tərcümeyi-halı güclü təsir bağışlayır! Qətiyyətlə demək olar ki, Stalinqradda və generalitetdə hər iki tərəf eyni intellektual dinamik balansa malik idi!

Stalinqraddakı qanlı döyüşlər barədə təkcə bir faktı göstərmək kifayətdir. Stalinqrad döyüşləri zamanı ВВС xəbər verirdi: “Stalinqradda alman ordusu çox vaxt itirdi – 28 gün ərzində alman ordusu Polşanı işğal etdi. Lakin Stalinqradda isə bu müddət ərzində onlar iki ev ala bildilər. Sayılı həftələr ərzində almanlar Fransanı işğal etdi, lakin Stalinqradda isə bütün bu dövr ərzində onlar küçənin bir tərəfindən o biri tərəfinə keçə bildilər”. Təsirləndirici xronologiya!

Tərəflər yalnız bir mövqe üzrə fərqləndilər – sovet ordusunun almanlar qarşısında Bakı neftayırma zavodunun fasiləsiz olaraq təmin etdiyi yanacaq üstünlüyü var idi.

Həlledici döyüşlərin başlanmasına kimi – 1940-cı ilin aprel ayında Xəzərdən 505,5 min ton neft məhsulu (o cümlədən 436 min ton Həştərxana) daşındı. Qafqazdan Yuxarı Volqa və Kamaya bu miqdarda yanacağın daşınması Mozdok və Stalinqrad uğrunda döyüşlər getdiyi zaman Qırmızı Ordunun yanacaqla təmin olunmasında həlledici rol oynadı. Almanların yanacaq ehtiyatları isə bitmək üzrə idi.

Stalinqrad uğrunda vuruşlarda ümumilikdə 149 min ton yanacaq sərf olundu, o cümlədən 42 min ton əks–hücum zamanı istifadə edildi.

Stalinqrad uğrunda döyüşlər zamanı Sovet ordusunun Bakı nefti ilə fasiləsiz təmin olunmasının əhəmiyyətini anlamaq üçün hərbi strategiya üzrə böyük mütəxəssis olmağa ehtiyac yoxdur.

6

7

Mənbə: National Archives

Bakıdan Xəzər vasitəsilə Stalinqrad şəhərinin müdafiəçilərinə kömək üçün gedən əsgərlər

“Stalinqrad” və onunla bağlı “Bakı” sözləri bu gün Rusiyada unudulub. Lakin dünyada “Stalinqradı” yaxşı xatırlayırlar: Brüsseldə “Stalinqrad” prospekti; Parisdə “Stalinqrad” metro stansiyası; Lionda “Stalinqrad” bulvarı; Karlova Varıda “Stalinqrad küçəsi”; Sent Denidə “Stalinqrad” parkı; Belsko Byaloda “Stalinqrad qəhrəmanları” küçəsi var. Bu siyahını daha da davam etdirmək olar. Əgər Bakını da bu şəkildə xatırlasaydılar, daha doğru olardı.

8

Kitabın mənbəyi “Böyük Vətən müharibəsində daşınma (1941-1945-ci illər)”

Kursk döyüşünə Bakının töhfəsi. Kursk vuruşmasında cəbhə üçün ayrılan yardımlar – Bakı yanacağı ilə doldurulmuş “mühərriklərin müharibəsi”nin (Stalinə görə) parlaq nümunəsi

Maykl Bruks özünün “Neft və xarici siyasət” adlı kitabında yazırdı: “Müharibə (İkinci Dünya müharibəsi. – Müəllif) bizim mexanikləşdirilmiş əsrdə neftin necə böyük əhəmiyyət daşıdığını aşkara çıxardı. Müharibə dövründə ordu üçün lazım olan təchizatın yarısını neft məhsullarının təşkil etməsi barədə məlumatlardan daha inandırıcı nə ola bilər”. Cədvəldən görünür ki, Bruks fikrində yanılmır.

9

12 iyul 1943-cü ildə müharibə tarixində Proxorovkda ən böyük tank döyüşü baş verdi: Bakı yanacağı ilə “mühərriklərin döyüşü”

Sonralar gizli sənədlərin nəşr olunmasından sonra Kurs döyüşündə əhəmiyyətli rol oynayan vacib bir fakt ortaya çıxdı.

“Kurskda fəaliyyət göstərən cəbhə qoşunları üçün yanacağın toplanması işinin ən gərgin dövründə düşmən aviasiyası Saratov bazalarında olan avtobenzinin demək olar ki, hamısını məhv etməyə və Saratov krekinq-zavodunu sıradan çıxarmağa nail ola bildi.

Kursk qövsündə döyüşlərə hazırlaşan orduda demək olar ki, yanacaq ehtiyatı qalmadı. Yenidən SSRİ rəhbərliyinin və hərbi komandanlığın nəzərləri Bakıya yönəldi – Bakı şərəflə bu çətin vəziyyətdən çıxdı və Kursk qövsündə döyüşən bütün ordunu tam şəkildə yanacaqla təmin etdi.

1943-cü ildə bakılılar cəbhəyə, xüsusilə də Kursk qövsündə mübarizə aparan orduya 5 min tondan çox müxtəlif neft məhsulları vermiş oldu – 2 milyondan çox sistern vaqonu ön cəbhəyə yola salındı”.

Vizual olaraq bu, belə görünür – əgər bütün bu eşalonu bir istiqamətdə dəmiryol xəttinə buraxsaq, o zaman onların uzunluğu 1245 km olar.

“Azərbaycan və azərbaycanlılar barədə rusiyalının fikirləri” kitabının “Həmişə minnətdarıq” simvolik ad daşıyan fəslində Azərbaycan neftinin İkinci Dünya müharibəsində rolu barədə fikir irəli sürən rusiyalı yazıçı Aleksandr Qoryanin belə yazırdı: “Geoloji-mineraloji elmlər doktoru Çapay Əli oğlu Sultanov heyranedici, amma heç də tam gizlədilməmiş faktları ümumiləşdirmişdir”. Qoryanin haqlı idi – yuxarıda qeyd olunan faktlar çoxdan məlumdur, lakin nədənsə sovet, xarici və sonda Rusiya tədqiqatçıları 50 ildən çox bir müddət ərzində bu “heç də yaxşı gizlədilməyən faktlara və ümumiləşdirmələrə” müraciət etməmişlər.

Müharibə illəri ərzində Azərbaycanda 75 milyon ton neft hasil olunmuşdu. Həmçinin ümumittifaq benzinin 80%-i, liqroinin 90%-i və yağın 96%-i istehsal olunmuşdu. Beş təyyarədən, tankdan, avtomaşından dördü Bakının mədənlərindən çıxarılmış və Bakının neft emalı zavodlarında emal olunan neftdən hazırlanmış benzinlə işləyirdi.

Müharibə illərində sərf olunmuş 17 milyon ton neftdən 13 milyonu Azərbaycanda istehsal olunmuşdu. İstehsal olunmuş aviasiya benzininin 85%-i Azərbaycanın payına düşürdü. Cəbhəyə 1 milyon ton yüksək oktanlı B-78 markalı benzin çatdırılmışdır. Bütün bunlar sovet qoşunları üçün yanacaqda həlledici üstünlüyü yaratmağa imkan vermişdir.

10

Ən mühüm əməliyyatların aparılmasında sovet qoşunları tərəfindən yanacaq sərfiyyatı – yanacağın 80%-i Bakının hesabına idi. Qrafikdən göründüyü kimi, Bakının yanacağı SSRİ-nin zəbt olunmuş ərazilərinin sovet qoşunları tərəfindən azad olunmasının və bütün Avropanın faşist müsibətindən azad olunmasının əsas tərkib hissələrindən idi

 

Hal-hazıra qədər ABŞ-da başa düşmədilər və ya düşmək istəmədilər ki, onlar üçün Bakının əldən verilməsi nə demək idi.

11

Qafqaz və Yaxın Şərqin neft yataqlarının zəbt edilməsi üzrə “Bolşie Kleşi” adlı alman-faşist strategiyasının sxemi: general Ervin Rommel Şimali Afrikada qələbələr qazanaraq, Almaniyanın Qafqaza daxil olmuş qoşunları ilə birləşməyi planlaşdırırdı. Bakının məğlub edilməsi halında Avropanın Hitlerin bu planlarına müqavimət göstərmək gücü olmayacaqdı

12

II Dünya Müharibəsi zaman Hind okeanı rayonunda neft sənayesi mərkəzləri. Bütün bu mərkəzlər əsas şəhər Bakının məğlubiyyətindən sonra Almaniya və Yaponiya tərəfindən zəbt ediləcəkdi

Almanlar tərəfindən planlaşdırılan “Bolşie Kleşi” strategiyası

“Kleşi” uğurlu əməliyyatından sonra ABŞ üçün ildə 50-60 milyon neft hasilatı ilə məlum Berlin-Roma-Tokio oxu qorxulu olmazdı (almanların bu regionda neft hasilatının 1-1,5 il ərzində bu rəqəmlərə çatdıracağı şübhə doğurmur).

Hitler “Kleşi” əməliyyatını həyata keçirməyə nail ola bilsəydi, bəşəriyyət tarixi tam fərqli bir məcrada axardı – çox qorxulu!

“Kleşi” əməliyyatı vasitəsilə Avropanın zəbt edilməsindən və böyük neftə yol açandan sonra Hitler ABŞ ilə müharibə etmək niyyətində idi, bu da həqiqət idi!

“Rusiyanın neft mənbələri tükəndikdən sonra, – Ribbentrop əlavə etdi – Rusiya diz üstə çökdürüləcək. Sonra ingilislər… parçalanmış imperiyalarının qalıqlarını qorumaq üçün boyun əyəcəklər. Amerika – böyük uydurmadı…”

Bu da Hitlerin konkret iqtisadi fikirləri: “Kontinent hegemonluğunun faydalarından yararlanmaq – bax, bu, mənim məqsədimdir… Avropaya sahib olan dünyada hökmranlıq edir. Reyxin əhalisi – 130 milyon nəfərdir, 90 milyonu Ukraynada yaşayacaq. Buraya yeni Avropanın digər ölkələrinin əhalisini əlavə edin, biz amerikalıların 130 milyonu ilə müqayisədə 400 milyon nəfərə çatacağıq”.

Almaniyanın ABŞ-a müqavimət üçün texniki hazırlığına gəldikdə isə, o, təəccübləndirir.

Hans-Ulrix fon Krants yazır: “Biz hamımız düşünməyə öyrəşmişik ki, Amerikaya raket təhlükəsi 60-cı illərdə yaranmışdır, bu cür raketləri ruslar hazırlayan zaman. Çoxları qarşısında bu günə qədər Pentaqonun əsdiyi “Satananı” xatırlayır. Lakin çoxları bilmir ki, almanlar buna oxşar bir şeyi daha əvvəl yaratmışlar. Mən heç də səhv etmirəm və XX əsrin ikinci yarısından yazmıram, Üçüncü Reyxin dövründən yazıram. Məhz nasist Almaniyasında ilk kontinentarası ballistik raket yaradılmışdır”.

13

A4 raketi, adı “Fau-2” (“Qisas silahı-2”). Almaniyada SS-ə məxsus olan yeraltı zavodlarda bu raketlərin kütləvi istehsalı başlanmışdı. Qorunmuş start mövqeləri Fransanın Vatton, Vizerne və Sottevast şəhərləri yaxınlıqlarında quraşdırılmışdı. Raket dəmir yolu platformasının üzərində bir çıxışdan bunkerə daxil edilirdi və atma arabacığının üzərinə quraşdırılaraq digər çıxışdan özündə dördkünc betonlanmış və ortasında konus olan meydançanı əks etdirən start masasına verilirdi

(konusun diametri 5 metrə qədər idi)

14

Dördmühərrikli “Messerşmidt” “Me-264” fenomenal uçuş məsafəsinə malik idi ki, bu da ABŞ Şərq sahillərinə zərbə endirmək imkanını verirdi

 15

“Yunkers-390” nəqliyyat təyyarəsi, bombardmançı kimi istifadə oluna bilərdi. Almaniyanın ərazisindən “Yunkers-390” bortunda bombalarla birgə artıq o zaman ABŞ sahillərinə çatırdı – bütün SSRİ və Çinin ərazisindən uçaraq, alman nümayəndələrini Yaponiyaya çatdıra bildi

16 

“Amerika raketi” adlandırılan “A9/10”

 17

Möcüzə-silah, İmperiyanın uçan boşqabı – bu uçan obyekt guya gözlənilməz manevrlər etmək qabiliyyətinə malik idi. Heç bir sübut yoxdur ki, bu aparat nə vaxtsa plyonkaya çəkilmişdir. Yalnız bir neçə Sovet hərbçiləri uçuş-enmə xəttində gördükləri uçan aparat barəsində məlumat vermişlər

Bu və ya digər şəkildə Hitler Avropaya qalib gələ bilsəydi, iqtisadi və hərbi baxımdan o, ABŞ-dan zəif olmayacaqdı. Yalnız bir fakt: 1942-ci ilin yayının sonuna Atlantikada alman sualtı qayıqları ittifaqçılara böyük zərbələr vururdu, hər ay ümumi su həcmi 700 min ton olan ingilis və amerikan gəmilərini məhv edirdilər – ABŞ, Kanada və Şotlandiyanın doklarında suya endirilən gəmilərin sayından çox!

Almanların Avropanı zəbt edə biləcəkləri təqdirdə amerikalıların Avropaya miqyaslı enməsi barədə heç söz ola bilməzdi – belə halda onlar döyüş meydanlarında yüz minlərlə amerikalı itirəcəkdi – bu cür müharibə isə ABŞ üçün deyil. Həm də ki, Avropada, on milyonluq alman ordusu ilə, desantlarla müharibə etmək ağılsızlıq olardı.

Nüvə bombasına gəldikdə isə – məlum deyil, onu kim birinci yaradacaqdı, almanlar, yoxsa amerikalılar? Amerikalılar “Alsoss” əməliyyatı zamanı alman nüvəçi alimlərini və onların işlərini tutan zaman onlar məğlub edildi, alman alimlərinin nüvə silahının hazırlanmasında nə dərəcədə irəlilədikləri bilinmir.

Hans-Uilrix fon Krans yazır: “1945-ci ilin əvvəlində ilk nüvə bombaları xüsusi 244-cü batalyonun istifadəsinə verilməyə başladı. Onların istehsal dinamikası mənə kifayət qədər təfərrüatı ilə məlumdur – Oylenin sözlərindən və bəzi dolayı sübutlar sayəsində. 1944-cü ilin dekabrında ilk bomba istehsal edilmişdir; yanvarda – daha ikisi, fevralda – ikisi, martda – artıq dörd bomba və apreldə cəmi biri, bu zaman reyx canını tapşırırdı. Cəmi – 10 nüvə bombası”.

Bununla yanaşı, nəzərə alsaq ki, Latın Amerikasının ölkələrinin bir sırası almanlara simpatiya göstərirdi (artıq İkinci dünya müharibəsinin əvvəlində Almaniya Argentinada kifayət qədər möhkəm mövqelərə malik idi. 1940-cı ilin sonunda 1941-ci ilin əvvəlində Argentina kontrkəşfiyyatı alman silahı ilə bir neçə anbar aşkarlayır. Argentinanın hökuməti Abveri hökumətə qarşı qiyamın hazırlanmasında şübhəli bilir. Sonradan Argentinanın gələcək prezidenti Xuan Peron Hitlerlə şəkil çəkdirir, bu da təsadüfi deyil, müharibədən sonra görkəmli faşist cinayətkarları Latın Amerikasının ölkələrində gizlənirdi), mənzərə daha aydın olacaq.

Bu, acı həqiqətdir – bu barədə amerikalılar müharibə zamanı bilmirdi, bunu bu gün də onlar bilmir!

Müəllifə bütün həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq http://www.sultanov.azeriland.com/ saytı vasitəsilə mümkün olub. Mövcud olduğu 10 il müddətində bu saytı müxtəlif ölkələrdə yaşayan on milyonlarla insan ziyarət edib.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button