Bakı-Şamaxı-Yevlax yolunda qar avtomobillərin hərəkətini çətinləşdirdi

Qeyri-sabit hava şəraiti Bakı-Şamaxı-Yevlax yolunda avtomobillərin hərəkətini çətinləşdirib.

Trend-in məlumatına görə, səhər saatlarında yolun qarla örtülməsi magistralda avtomobillərin hərəkətinə mane olub. Yolun bəzi hissələri buz bağlayıb. Qarın yağması yolun 150-ci kilometrliyində – Ağsu dolaylarında avtomobillərin hərəkətini məhdudlaşdırıb.

Hadisə yerinə Ağsu və Şamaxı Yol İstismar İdarələrinin canlı qüvvə və texnikaları cəlb edilib. Hazırda yolda avtomobillərin hərəkətinin bərpası üçün təmizləmə işləri aparılır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button