Bakı Təhsil İdarəsi valideynlər üçün səyyar qəbul keçirir

tehsil idare

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən növbəti səyyar qəbul aprelin 1-də 160 nömrəli məktəbdə keçiriləcək.

BŞTİ-dən azertag.az-a bildiriblər ki, səyyar qəbula Yasamal, Səbail və Qaradağ rayonlarının məktəblərinin, məktəbdənkənar tərbiyə işi mərkəzlərinin müəllimləri və valideynlər müraciət edə bilərlər.

Səyyar qəbullar saat 10.00–da başlanacaq və vətəndaşların müraciətləri bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsi BŞTİ-nin rəhbərliyi və struktur bölmələrinin üzvlərindən ibarətdir.

Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparılması məqsədini daşıyır.

Məktəblərdə səyyar qəbullar keçirməklə müəllim və valideynləri narahat edən məsələlər BŞTİ-nin rəhbər şəxsləri tərəfindən öyrənilir, problemli məsələlər həll edilir, lazımi təşkilatı və maarifləndirmə tədbirləri görülür.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button