Bakı Uşaq Teatrı yeni mövsümə başladı

afisa mafiyaBu il Bakı Uşaq Teatrı həm uşaq, həm də böyüklər üçün 2 tamaşa ilə  yeni mövsümünü  açır.  xural.com-a daxil olan məlumatda bildirilir ki, “Tıq-tıq xanım” tamaşası ilə öz balaca tamaşaçılarıyla görüşən teatr da Bakı Uşaq Teatrının müvəqqəti yerləşdiyi məkanda – Qaraçuxur qəsəbəsi Q.Abbasov adına mədəniyyət sarayında ( Aura şadlıq sarayının yanı) böyüklər üçün olan         “ Günahsız Günahkarlar” tamaşası ilə çıxış edəcək.

Müasir dövrün qlobal problemlərindən olan insan alverinin tanıdılmasına həsr olunan tamaşa Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi ilə hazırlanıb.

Əsərin müəllifi Arzu Soltan, tamaşanın quruluşçu rejissoru İntiqam Soltan, rəssam Sevda Məmmədova, bəstəkar Mahir İbrahim, rәqslәrin quruluşçusu Könül Şahbazovadır.

Tamaşa gənclər arasında məşhur olan mafiya oyunu üzərində qurulub. Gənclər yığışıb mafiya oynayırlar və özləri də bilmədən insan alveri ilə məşğul olan mafiyanın qurbanlarına çevrilirlər. Kimisi yüksək gəlirli iş adıyla, kimisi ailə qurmaq pərdəsiylə aldadılıb xaricə aparılaraq fiziki və cinsi istismara məruz qalır, kimisi orqan transplantasiyasının qurbanı olur. Bəs bütün bu oyunları quran kimdir? Mafiyanı kim idarə edir? Mafiyanı kim ifşa edə bilər? Gənclər insan alveri haqqında nələri bilməlidirlər?

Bütün bunlar GÜNAHSIZ GÜNAHKARLARda.

Yeni tamaşa, ağrılı mövzu, fərqli rejissor həlli.

Xatırladaq ki, Bakı Uşaq Teatrı maarifləndirici tamaşaların hazırlanmasında çoxillik təcrübəyə malikdir.

Qızılgül – Könül Şahbazova

Ana – İlhamə Əhmədova

Qurban – Rauf Hüseynli

Şikar – Niyaz Qasımov

Elmar – Cavanşir Məhərrəmov

Songül – Vüsalə Bəşirova

Gülnar – Xəyalə Meydanova

Şahmar – Şahin Kazımov

İnam – Ruslan Hüseynov

Jalə – Türkan Şahmarlı

Güllü – Günay Pirizadə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button