Bakıda 76 yaşlı qadını stəkanla öldürənlərə 39 il HƏBS

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə 76 yaşlı qadını qətlə yetirməkdə təqsirləndirilən Vüsal İsayev və Şəmsi Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Prosesdə prosesdə dövlət ittihamçısı çıxış edərək qadını stəkanla vuraraq qətlə yetirməkdə ittiham olunan  şəxslərin hər birinin 20 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Zərərçəkənin hüquqi varisi də prokurorun çıxışı ilə razılaşıb. Vəkillər müdafiə çıxışı edib.
Təqsirləndirilənlər son sözlə çıxış edərək hakimdən onlara yüngül cəza verilməsini xahiş edib. Müşavirədən sonra prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmü ilə Vüsal İsayev 20 il, Şəmsi Məhərrəmov isə 19 il müddətinə azadlıqdan məhrum ediliblər.
Hadisə bu ilin aprel ayında Bakıda baş verib. 76 yaşlı Nelli Sultanovanın qulaq nahiyəsində əzilmiş xəsarətləri olan meyiti yaşadığı Suraxanı rayonunun Hövsan qəsəbəsindəki mənzilində tapılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində onun qonşusu V.İsayev və Bakı şəhər sakini Şəmsi Məhərrəmov tərəfindən tamah məqsədilə qətlə yetirilməsi müəyyən edilib və onlar tutulublar.
V.İsayev və Ş.Məhərrəmov evdən götürdükləri 750 manat pulu, bir ədəd qızıl üzük, iki ədəd qızıl sırğanı təhvil veriblər. Məlum olub ki, qonşusu V.İsayev və Ş.Məhərrəmov N.Sultanovanı stəkanla qətlə yetirib. V.İsayev stolun üstündəki stəkanı götürərək N.Sultanovanın sol gicgah nahiyəsinə bir neçə dəfə vuraraq onu öldürüb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button