Bakıda ATƏT-in müşahidə missiyasının mətbuat konfransında qalmaqal

Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələri ilə bağlı ATƏT-in müşahidə missiyasının bu gün Bakıda keçirdiyi mətbuat konfransında qalmaqal baş verib.

Virtualaz.org-un xüsusi müxbiri xəbər verir ki, missiyanın üzvləri seçkidə baş vermiş pozuntular barədə danışmağa başlayan kimi bir qrup jurnalist yerindən qalxaraq, kəskin etirazını bildirib.

Yüksək tonlarda danışan jurnalistlər missiyanın üzvlərindən hesabatlarını dəyişməyi tələb ediblər. Buna cavab olaraq, ATƏT nümayəndələri mətbuat konfransını dayandırıblar və zalı tərk ediblər.

Müəyyən müddətdən sonra onlar yerlərinə qayıdaraq mətbuat konfransının bitdiyini bildiriblər və əlavə ediblər ki, monitorinqin nəticələri çap olunmuş variantda mövcuddur və istənilən şəxs onunla tanış ola bilər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button