Bakıda avtobus qəzasında yaralananların adları – SİYAHI

3 saylı şəhər Kliniki Xəstəxanası

Avtobus qəzası nətciəsində xəstəxanaya yerləşdirilən yaralalıların sayı 4 nəfərdir.

Xural.com trend.az-a istinadən xəbər verir ki. bunu 3 saylı şəhər Kliniki Xəstəxanasının növbətçi hissəsindən bildiriblər.

Yaralanan şəxslər – Xəlilova Münəvvər, Səmədov Emin, Ağayarov Sadiq və Musayev Rafaeldir.

Xəstəxanadan deyiblər ki, onların hamısının vəziyyəti ağır olduğu üçün saxlanlıblar: “Onlar döş qəfəsindən xəsarətlər alıblar. Digər yaralıların vəziyyəti yüngül olduğu üçün onlar ev şəraitində müalicə üçün buraxılıblar”.

Qeyd edək ki, bu gün Bakının Nizami rayonu ərazisində marşrut avtobusunda qəza baş verib. Nəticədə xəsarət alan 10 nəfərdən artıq sərnişin 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Bu barədə Trend-ə xəstəxananın baş həkiminin müavini Əbülfəz Hüseynov məlumat verib.

Nizami rayon Prokurorluğundan isə bildiriblər ki, hazırda prokurorluq əməkdaşları hadisə yerindədir. Hadisə nəticəsində hələlik 1 nəfərin öldüyü barədə prokurorluğa məlumat daxil olub. Hadisə nəticəsində yaralananların sayı isə məlum deyil.

Xatırladaq ki, dünən səhər saatlarında 62 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu Nizami rayonu ərazisində minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində avtobus aşıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button