Bakıda bu avtobus xəttinin hərəkət sxemi dəyişdiriləcək

Sabah Bakıda 123 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq qismən dəyişdiriləcək. 
Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) BakiPost.az-a daxil olan məlumatda bildirilib.
“Səbəb Binəqədi-Novxanı avtomobil yolunda aparılan təmir işləri ilə əlaqədar olaraq sözügedən yolun bir hissəsində nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır. Dəyişikliyə əsasən, təmir işləri bitənədək 123 nömrəli marşrut xətti üzrə avtobuslar Masazır və Binəqədi şossesindən keçməklə hərəkət edəcək”, – məlumatda qeyd olunub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button