Bakıda daha bir hündürmərtəbəli bina dağıdıldı

bina ucurmaq

Bakının Suraxanı rayonun “Dədə Qorqud” yaşayış massivi adlandırılan ərazisində tikintisi başa çatmamış hündürmərtəbəli bina dağıdılıb.

Yaşayış binası kimi nəzərdə tutulan 9 mərtəbəli tikilinin qəfil sökülməsi “MTN işi” ilə əlaqələndirilir. Məlumata görə, binanın iki mərtəbəsi tamam dağıdılıb və yarasız hala salınıb.

Bu “əməliyyat”ın isə “MTN olayları” ilə eyni vaxtda həyata keçirilməsi müəyyən suallar doğurub.

Məlumatı aldıqdan sonra Arqument.Az-ın əməkdaşı əraziyə baş çəkib. Binanın konkret kimə məxsus olmasını öyrənə bilməsək də, ərazidə yaşayan sakinlər müxtəlif versiyalar irəli sürüblər.

Sakinlər bildiriblər ki, bir həftə öncəyə qədər binada iş gedib, amma qəfildən iş dayanıb və bina dağıdılıb.

Ərazidə olan “Polis Partul Xidməti”nin əməkdaşları da jurnalistin sakinlərlə sorğusuna və şəkiliş aparmasına mane olublar. Buna baxmayaraq, əməkdaşımız dağıdılmış binanın fotosunu çəkə bilib.

Qeyd edək ki, son aylar Bakıda xeyli sayda yeni tikili dağıdılıb. Təəssüflər olsun ki, bu yanlış tendensiya hələ də davam etdirilir. Çünki bu ölkədə xeyli sayda evsiz vətəndaş var. Bu tikililərin dağıtmaqdansa, dövlətin balansına keçirmək və normal kredit şərtlərilə vətəndaşlara satmaq olar. Həmçinin dağıdılmış milyonluq villaları da xarabalığa çevirməkdənsə, dövlətin balansına keçirərək təhsil, səhiyyə obyektləri, uşaq baxçaları kimi istifadəyə vermək olardı. (Arqument.Az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button