Bakıda faciəvi hadisə – FOTO

Bakıda usta bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

xural.com FHN-ə istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə məxsus avtonəqliyyat sexində “Man” markalı yük avtomobilin sürücüsü avtomobili təmir etmək məqsədilə yük platformasını qaldırıb. Avtomobildə olan texniki nasazlıq nəticəsində yük platforması aşıb, sürücü platforma və avtomobilin şassisi arasında qalaraq vəfat edib. Xilasedicilər sürücünün meyitini təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyətı üzrə təhvil veriblər.

Əməliyyat saat 16:16-da başa çatıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button