Bakıda iki avtobus toqquşdu: yaralılar var

Bakıda iki avtobus toqquşdu: yaralılar var

Bu gün Bakının Sabunçu rayonunda iki sərnişin avtobusu bir-birinə çırpılıb. Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətindən verilən məlumata görə, hadisə səhər saatlarında qeydə alınıb.
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, “Komsomolski” dairəsi adlanan ərazidə Mərdəkandan şəhərə gələn 100 saylı, “Daewoo” markalı, 10 TY 274 nömrə nişanlı avtobusla “Hyundai” markalı avtobus toqquşub.
anspress xəbər verir ki, qəza nəticəsində sərnişin avtobusunda 4 sərnişin yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Qeyd edək ki, qəzaya uğrayan “Hyundai” markalı avtobus Heydər Əliyev Beynəlxalq Aeroportuna məxsus olub.
Faktla bağlı araşdırma aparılır.

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button