Bakıda insanları ölümə sürükləyən iş

BakidaMəlum olduğu kimi Binəqədi rayonunda yaşayış binasında baş verən yanğından sonra prezident İlham Əliyevin göstərişi ilə Bakı şəhərində bina üzlüklərinin dəyişdirilməsi işləri davam edir.

Bəzi binalara isə üzlüklər yeni vurulur. Lakin Yasamal rayonunda sözügedən işlərin aparılmasında təhlükəsizlik qaydalarına riayət olunmur. Akim Abbasov 68 küçəsi bina 16-da üzlüklərin vurulması insanların rahatlığını əlindən alıb. Eyni zamanda təmir işləri gedən ərazidə piyadaların həyatı təhlükə içindədir. AzadXeber.az-ın məlumatına görə, həmin ərazidə təhlükəsizlik torunun olmaması, tikinti avadanlıqlarının və tullantıların ortalıqda qalması piyadalar üçün nəzərdə tutulmuş səkini tam yararsız hala salıb. Bu səbəbdən insanlar oradan yox, maşın yolundan keçməyə məcbur olurlar. Nəticədə canlarını təhlükəyə atırlar. Ərazidə olan mağaza sahibləri deyir ki, məhz bu səbəbdən al-ver də yox dərəcəsindədir. Sakinlər isə bundan narahat olduqlarını təmir işlərinin 3 aya yaxındır getməsinə baxmayaraq hələ də bitmədiyini dilə gətirirlər.
Sözügedən ərazidə işləyən ustalarla söhbət etdik. Təmir işlərinin hansı şirkət tərəfindən aparıldığını öyrənmək istədik. Ustalar bunu bilmədikləri üçün şirkət nümayəndəsinin ərazidə olub-olmamasını soruşduq. Onlar həmin ərazidə olan bir nəfəri göstərərək nümayəndə olduğunu dedilər. Göstərdikləri şəxsə yaxınlaşdıq. Lakin həmin şəxs əvvəlcə fövqaladə vəziyyətlə maraqlandığını dedi. Sonra adını açıqlamayaraq nəzarətçi olduğunu bildirdi. Çəkiliş aparan zaman isə yaxınlaşıb işimizə maneə törətdi. Hətta jurnalist vəsiqəsini alıb şəklini də çəkdi. Bunu nəyə görə etdiyi isə müəmmalı qaldı.
Tikintidə 3 gün əvvəl işlərini yekunlaşdıran Süleymanov Səbuhi isə əmək haqqını çətinliklə aldığını bildirdi.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətiylə əlaqə yaratmaq istəsək də, zənglərimizə cavab verən olmadı.
hdthfhftgdrngdhfgfhfthfdtgfhgjh
fbxvfxdg

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button