Bakıda kasıblar üçün açılmış pulsuz mağaza bir günə boşaldıldı

bos dukan

Şüvəlan qəsəbəsində Nizami küçəsində möminlərin birgə təşəbbüsü ilə “Ehtiyacın varsa götür, ehtiyacın yoxdursa as” adı ilə açılan mağaza bir günə boşalıb. 

Xural.com-un baku.ws-ə istinadən məlumatına görə, mağaza tam təmənnasız olaraq imkansızlar üçün nəzərdə tutulub və ehtiyacı olan şəxslər bir gün ərzində mağazadakı geyimləri götürüblər. Mağazadan geyim götürən ehtiyaclı insanların sayı həddin artıq olsa da, geyim qoyanların sayı əhəmiyyətli dərəcədə azdır.

Mağazaya geyim təqdim etmək istəyənlərin nəzərinə çatdırılır ki, paltarlar yuyulmuş, ütülənmiş vəziyyətdə təhvil alınır. Əsasən kişi və uşaq geyimlərinə üstünlük verilir.

Əlavə məlumat əldə etmək istəyənlər (070) 900-08-06 (Sərxan) nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button