Bakıda növbəti Formula-1: “Adam yolunu itirir”

Aprelin 27-si Bakıda növbəti Formula-1 (F1) yarışlarına start verilib.
Yarış şəhərin mərkəzi küçələrində baş tutur.  Bu da mərkəzdə bi çox yolun bağlanması ilə nəticələnib.
Yolun kənarına çəkilmiş hasarların ətrafına mühafizə yerləşdirilib ki, biletsiz əhali maşınlara baxa bilməsin. Lakin bu, sakinlərin alternativ yollara əl atmasına maneə yaratmayıb.
Heç bir əsas və yazılı qadağa göstərmədən mühafizə işçiləri insanlara yarışa yolüstü baxmağa əngəl yaradır və eyni zamanda jurnalistlərə çəkilişdə özlərinin göründükləri şəkilləri silməyi tələb edirdilər.
Bu, eyni zamanda ərazidə yaşayan  sakinləri və iş yerlərində olan adamları da narahat edir.
“Yarış maşınlarının səsi qulaq batırır”, – deyə küçədən keçən sakinlər söylənir.
Əhali arasında aparılan sorğulara əsasən, onlar da bu vəziyyətdən xoşhal deyillər.
Deyirlər, dünya təcrübəsində F1 yarışları şəhər kənarı ərazilərdə keçirilir ki, sakinlərə narahatlıq yaranmasın və onların həyat tərzinə təsir etməsin: “Bizdə isə lap mərkəzi küçədədir. Üstəlik, adam yolunu itirir. Hər çıxış-girişə bir əngəl yerləşdiriblər”.
Ərazidə yerləşən təhsil ocaqlarının da fəaliyyəti dayandırılıb.
Buna əsas kimi beynəlxalq əhəmiyyətli yarışa görə şəhərdə sıxlıq yaratmamaq göstərilib.
Yarışların baş tutması üçün nə qədər vəsaitin xərcləndiyi rəsmi olaraq açıqlanmayıb.
Yarışa sahiblik etmək üçün illik ödənişin nə qədər olacağı “məxfilik şərtinə” görə açıqlanmır, lakin BBC Azərbaycancaya danışan britaniyalı Formula 1 eksperti bunun 2016-cı ildə 34 milyon dollar olaraq hər il təxminən 10 faiz qalxacağını bildirib.
 


Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button