Bakıda on minlərlə insan “xruşovka”lardan xilas olacaq

bYaxın illərdə Bakının görünüşündə yeni dəyişikliklər ola bilər. Adət etdiyimiz bəzi köhnə 5 mərtəbəli binalar sökülə bilər.

xural.com -un ANS TV-yə istinadən verdiyi məlumata görə, yeni tikiləcək binalarda sakinlərə əvvəl yaşadıqları ərazidən 20 kvadratmetr artıq belə mənzillərin verilməsi planlaşdırılır.

Bildiyimiz kimi 5 mərtəbəli binalar sovet dövründə tikilib və insanların yaşayışı üçün istifadəyə verilib. Lakin ölkəmiz müstəqillik qazanandan sonra bir-birindən gözəl binalar tikilib və istifadəyə verilmişdir. Son illərdə isə “xruşşovka” kimi tanınan binaların sökülməsi planlaşdırılır.

Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov isə yaxın illərdə söküntü işlərinə start veriləcəyini bildirir. Onun sözlərinə görə, bu binaların yerində 9 – 12 mərtəbəli hündür binalar tikiləcək. Sakinlərin razılıqları əsasında onlar köhnə binaların yerində tikiləcək yeni evlərlə təmin olunacaq.Yeni tikiləcək binalarda isə sakinlərə əvvəl yaşadığı kvadratdan 20 kvadrat artıq mənzillərin verilməsi planlaşdırılır.

Hacıbala Abutalıbovun sözlərinə görə, tək “Xruşşovka” adlanan 5 mərtəbəli binalar deyil, köhnə beton binaların da sökülməsi nəzərdə tutulub.

Sözügedən binaların sakinləri isə bu xəbəri birmənalı qarşılamayıblar. Onların bəziləri bu xəbəri yaxşı qarşıladı, bəziləri isə köhnə mənzillərinin yerində yeni hündürmərtəbəli binanın tikilməsinə narazılıq etdi.

Bakı meri onu da qeyd etdi ki, binaların bəzilərinin sökülməsi ilə bağlı bir neçə şirkətlə 2015-ci ilin sonlarında danışıqların aparılması planlaşdırılır.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button