Bakıda parad olacaq

paradFaşizm üzərində Qələbənin 70 illiyi münasibətilə Bakıda təntənəli hərbi keçid olacaq.

Faşizm üzərində Qələbənin 70 illiyi münasibətilə Müdafiə Nazirliyinin hərbi təhsil müəssisələrinin kursant və müdavimləri Bakının mərkəzi küçələrində nizami hərbi keçid edəcəklər.
Daha sonra kursant və müdavimlərin Azadlıq meydanında hərbi marşın sədaları altında tribunanın qarşısından keçəcəyi gözlənilir.
Xəbəri Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən təsdiq edərək bildiriblər ki, hərbi keçidin vaxtı və qrafiki barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button