Bakıda qadın borca görə intihar etdi

derman_026

Bakıda qadın intihara cəhd edib. Buna səbəb qadının borca verdiyi pulu geri ala bilməməsi olub.

Musavat.com xəbər verir ki, Bülbülə qəsəbə sakini, 1986-cı il təvəllüdlü Xəyalə Hüseynova tanışı Aqşin adlı şəxsə 5600 manat borc verib. Üzərindən uzun zaman keçsə də, X.Hüseynova borcunu geri ala bilməyib.

Buna görə də X.Hüseynova yaşadığı evdə intihar məqsədi ilə böyük həcmdə korvalol məhlulu içib. Yaxınları hadisədən xəbər tutaraq, onu xəstəxanaya yerləşdiriblər.

X.Hüseynova daha sonra polisə müraciət edib. Hadisə ilə bağlı Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsində araşdırma aparılır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button