Bakıda yalançı DTX idarə rəisi saxlanıldı

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi xüsusi əməliyyat zamanı dələduzluq edən şəxs saxlanılıb.

Xural.com-un Virtualaz.org-a istinadən məlumatına görə, Azərbaycan vətəndaşı Alıyev Eldəniz Kamil oğlu özünü DTX-nın Bakı rayon idarələrindən birinin rəisi kimi təqdim edərək, fırıldaq yolu ilə vətəndaşların pulunu mənimsəyib.

Eldəniz Alıyev operativ əməliyyat zamanı saxlanılıb. O, Dövlət Təhlükəsizliyi Xidmətində qaldırılmış iş üzrə cinayət məsuliyyətinə cəlb edilib.

Hazırda E.Alıyevin qeyri-qanuni fəaliyyəti ilə bağlı araşdırmalar davam etdirilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button