Bakıdakı xəstəxanalardan birində əhalinin onlokoloji müayinəsi keçiriləcək

Milli Onkologiya Mərkəzinin mütəxəssisləri mayın 26-sı və 27-də 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında əhalinin onlokoloji müayinəsini həyata keçirəcək.

Səlahiyyə Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, müayinələri Səyyar Diaqnostika Kompleksinin ixtisaslaşmış onkoloqları aparacaq.

Məlumata görə, Səyyar Diaqnostika Kompleksinin əsəs məqsədi skrininq, şişönü və şiş xəstəliklərinin erkən aşkar edilməsidir. Kompleksin əsas vəzifəsi Azərbaycanın müxtəlif bölgələrində əhalini təmənnasız olaraq müayinələrdən keçirməkdir. Skrininq zamanı müraciət edənlər müxtəlif növ müayinələrdən keçir, hər hansı patologiya aşkar olunduqda həmin xəstələr müvafiq profilli xəstəxanalara göndərilir. Profilaktik müayinələrin şiş xəstəliklərinin erkən aşkar edilməsində, vaxtında düzgün müalicə olunmasında ölüm faizinin azalmasında böyük rolu var.

Kompleksin tərkibində 1 mammoqraf, 1 rentgen aparatı, 1 ultrasəs aparatı vardır. Kompleksdə ginekoloji baxış, ultrasəs müayinəsi, döş qəfəsinin rentgenoskopiyası, süd vəzlərinin mammoqrafiyası müayinələri aparılır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button