Bakını silkələyən sui-qəsd: 20 il əvvəl prezidenti necə öldürmək istəyiblər?

Birinci şəxslərə sui-qəsd cəhdləri-Yeltsin, Putin, Yevkurov…

20 il əvvəl, 1998-ci ilin 9 fevralında  Gürcüstanın o vaxtkı prezidenti Eduard Şevardnadzeyə Tiflisin mərkəzində, indi dəbdə olan ifadə ilə desək, bombalı saldırı düzənləndi ki, bu da Bakıda da ciddi rezonans doğurdu.  Dövr qeyri-sabit idi, Rusiya xüsusilə Gürcüstanda SSRİ-nin sabiq  xarici işlər naziri Şevardnadze ilə “yola getmirdi”. Elə daxildə də silahlı dəstələr mövcud idi. Bakı yaxın qonşusunda baş verən bu sui-qəsdə dərhal reaksiya verdi, Azərbaycan prezidenti Heydər Əliyev həmkarını arayaraq həm tibbi kömək təklif etmiş, həm mənəvi dəstək vermişdi. Bu tarixi Rusiya saytları bu gün yada salıblar.  Tarixə ekskurs edən həmkarlarımız birinci şəxslərə sui-qəsd cəhdlərini sadalayıblar. Onlardan bir neçəsi yeni faktdır, məsələn, Brejnevə sui-qəsd edən hələ də yaşayır… Musavat.com  oxucular üçün bu faktların maraqlı olacağına ümid edir.

Üç güllə, ikisi hədəfə…

 

lenin.jpg (56 KB)

Bolşevik inqilabının dahi lideri Vladimir Leninə ilk sui-qəsd cəhdi 1918-ci ilin yanvar ayının 1-də olub.  Onun avtomobili atəşə tutulub. İkinci  dəfə isə yenə həmin ilin yanvarın ortasında dahi rəhbəri öldürmək cəhd olub.  Petroqradda  reallaşan sui-qəsd cəhdini  “Georgi cəngavərləri ittifaqı” adlı təşkilat planlaşdırıb ki, onların hamısı həbs edilib.

Fanni Kamplan.jpg (72 KB)

Leninə üçüncü sui-qəsdi 1918-ci ilin avqust ayının 30-da  Fanni Kaplan icra edib. O, Lenin maşına oturmaq istərkən üç güllə atıb ki, onlardan biri dahi rəhbərin əlinə, o biri isə ağ ciyərinə dəyib.  Üçüncü güllə isə onun yanında olan qadına dəyib.

Yefreytor Stalinin əvəzinə Mikoyana güllə atıb

Stalin ile ilgili görsel sonucu

İosif Stalinə sui-qəsd cəhdlərin sayı-hesabı yoxdur. Onlarla adam onun idarəçiliyi dövründə SSRİ rəhbərinə sui-qəsd planlaşdırmaq ittihamı ilə güllələnib. Amma yalnız bir dəfə Qızıl Meydanda  atəş səsi eşidilib. 1942-ci ilin 6 noyabrında yefreytor Dmitri Savali Stalinin olduğu güman edilən avtomobilə doğru atəş açıb. Yefreytor həbs edilib və məlum olub ki, Stalini öldürmək istənilən avtomobildə əslində xarici  ticarət üzrə xalq komissarı Anastas Mikoyan olub. Savali 1950-ci ildə güllələnib.

Brejnevi öldürmək istədi, dəlixanaya salındı

Leonid Brejnev.jpg (55 KB)  Viktor Шlin.jpg (21 KB)

Yanvarın 22-si, 1969-cu ildə isə SSRİ  Mərkəzi Komitəsinin birinci katibi Leonid Brejnevi öldürmək cəhdi edən ordu leytenantı  Viktor İlin həbs edilib. Sonra o, dəlixanaya salınıb və yalnız 1990-cı ildə SSRİ Hərbi Məhkəməsinin hökmü ilə  azad edilib. Hazırda isə Peterburqda yaşayır.

Mixail Qorbaçova sui-qəsd cəhdi ile ilgili görsel sonucu

SSRİ-nin ilik və son prezidenti Mixail Qorbaçova sui-qəsd cəhdi də 1990-cı ilin 7 noyabr paradında olub. Amma təfərrüat bilinmir.

Putin sayıb: 5 dəfə…

Boris Yeltsin.jpg (53 KB)

Rusiyanın ilk prezidenti Boris Yeltsini 1993-cü ilin 27 yanvarında öldürmək istəyiblər. Amma sui-qəsdin qarşısı alınıb və 33 yaşlı mayor İvan Kislov həbs edilib.

Vladimir Putin ile ilgili görsel sonucu

Rusiya prezidenti Vladimir Putinə də sui-qəsd  cəhdi ilə bağlı  hekayələr çoxdur. Amma son olaraq prezident özü məşhur Amerikalı rejissor Oliver Stounun onunla bağlı hazırladığı filmdə etiraf edib ki, 5 sui-qəsd cəhd yaşayıb.

_hm_dinejad.jpg (53 KB)

2010-cu ilin 4 aprelində Həmədanda İranın o vaxtkı prezidenti Mahmud Əhmədinejada da sui-qəsd cəhdi olub. Ona tərəf atılan əl bombasının partlaması nəticəsində bir neçə nəfər yaralanıb. Prezident isə bəyan edib ki, bu hadisəyə ciddi baxmır.

Yunus-Bek Yevkurov.jpg (66 KB)

2009-cu ilin 22 iyununda Nazranda İnquşetiya prezidenti Yunus-Bek Yevkurovun kortejinin getdiyi yolda basdırılmış partlayıcı işə düşüb. Nəticədə “Toyota Camry”də olan prezident  ağır xəsarət alıb, yanındakı cangüdəni isə həlak olub. Yevkurov yalnız bir neçə ay sonra  normal iş rejiminə  qayıda bilib.

Юevardnadze_1.jpg (86 KB)

GБrcБstan prezidenti bu maЯНnla qurtulub.jpg (139 KB)

Gürcüstan prezidenti Eduard Şeverdnadzeyə sui-qəsd cəhdi 1998-ci ilin fevral ayının 9-da gerçəkləşib. Tiflisin mərkəzində onun korteji qranatamyot və avtomatlardan atəşə tutulub. Sabiq prezident Rusiyanın ittiham olunduğu sui-qəsddən yalnız zirehli “Mercedes” sayəsində qurtula bilib. Yalnız üzündən və qolundan qəlpə yaraları alıb.

Шslam K_rimov.jpg (55 KB)

1999-cu ilin 16 fevralında isə indi həyatda olmayan  Özbəkistan prezident İslam Kərimovu da öldürməyə cəhd edilib. Nazirlər Kabinetinin iclasını keçirilən binada altı partlayış olub ki, prezident xətərə toxunmayıb.  Sui-qəsddə  “Özbəkistan İslam Hərəkati”nın lideri Cuma Namanqani ittiham olunub ki, çoxları bu sui-qəsdin hakimiyyət tərəfindən qurulmuş oyun hesab edib.

Reyqana sui-q_sd anН.jpg (90 KB)

ABŞ-da xalq öz prezidentini sevmir?

1981-ci ilin 30 martında  Vaşinqtondakı “Hilton” hotelindən çıxan zaman ABŞ prezidenti Ronald Reyqana sui-qəsd cəhdi olub.  Sui-qəsd nəticəsində prezident və onun 3 cangüdəni ağır yaralanıb. Məlum olub ki, qəsdi təşkil edən  Con Hinkli vaxtilə Cimmi Karteri də öldürmək istədiyi səbəbindən dəlixanada yatıb.

Bill Clinton ile ilgili görsel sonucu

8 il hakimiyyətdə  olmuş Bill Klintonun həyatına isə 30 dəfə sui-qəsd cəhdi olub.

Obama.jpg (43 KB)  ObamanН ФldБrm_k iust_y_n rasistl_r.jpg (80 KB)

2008-ci ildə hələ prezidentlik yarışında seçki kampaniyası aparan Barak Obamanı Tennisi ştatında öldürmək cəhdi olub. ABŞ xüsusi xidməti bəyan edib ki, 20 yaşlı rasist  Daniel Kovart və 18 yaşlı Pop Şlessman sui-qəsdi peşəkarlıqla planlaşdırmadıqları üçün ələ keçiblər.

BuЯ.jpg (32 KB)

BuЯu ФldБrm_k ist_y_n erm_ni.jpg (25 KB)

Kiçik Corc Buşa da prezidentlik  dövründə bir neçə uğursuz sui-qəsd cəhdi olub. Sonuncu dəfə isə onu Tiflis səfərində öldürmək istəyiblər. Erməni millətindən olan Vladimir Artunyan Tiflisin Azadlıq meydanında çıxış edən ABŞ prezidenti tərəfə əl qumbarası atıb ki, yalnız xoşbəxt təsadüfdən partlamayıb.

Sui-qəsd üzrə “rekordçular” 

Fidel Kastro ile ilgili görsel sonucu

Mərhum Fidel Kastro sui-qəsd cəhdi üzrə rekordçu hesab olunur. Kuba liderinə 638 dəfə sui-qəsd cəhdi olub ki, hakimiyyət bunda  ABŞ kəşfiyyatının və  yerli mafiozların əli olduğunu iddia edib.

S_ddamНn iflic oзlu.jpg (59 KB)

İraqın sabiq prezidenti Səddam Hüseynə də sui-qəsd cəhdləri olub. Amma onun özü canını qurtarsa da, oğlu Udey 1996-cı ildə baş tutan sui-qəsd  cəhdində iflic olub.

Somali prezidenti.jpg (38 KB)

2013-cü ilin mayında Somali  prezidenti  Şərif Şeyx Əhmədin korteji paytaxt Moqadişoda pusquya düşüb. Amma prezident yüngül yaralanıb.(musavat.com)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button