Bakının əsas giriş yollarından biri bağlandı

4193226.07.2013

Bakı şəhərinin əsas giriş yollarından biri olan Tiblisi prospekti bağlandı. Buna səbəb yolda aparılacaq təmir-tikinti işləridir. Qeyd edək ki, bununla bağlı Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi ötən gün sürücülərə xəbərdarlıq etmişdi. 

Xəbərdarlıqda, iyulun 25-dən 26-na keçən gecə saat 00:00-dən etibarən 20 Yanvar dairəsindən şəhər istiqamətində Tbilisi prospekti üzrə Nəqliyyat Nazirliyinin inzitbati binasının yanınadək yeni asfalt örtüyünün təcili çəkilişi ilə əlaqədar bütün avtomobillərin hərəkətinə məhduliyyət qoyulduğu və istiqamətin dəyişdirildiyi bildirilmişdi.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov sürücülərə alternativ yollardan istifadə etməyi tövsiyə edir:

“Konkret olaraq 20 yanvar dairəsindən həm körpünün üzəri ilə, həm də Tbilisi prospekti ilə A. Salamzadə küçəsi ilə kəsişməyədək avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulub. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi yaranan müvəqqəti çətinliyə görə əhalidən, avtomobil sahibləri və sürücülərdən üzr istəyir”.





Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button