Bakının mərkəzində “Vasif Talıbova istefa!” şüarları səsləndirildi

Naxçıvan nümayəndəliyi qarşısında aksiya keçirildi

Bu gün Naxçıvan Muxtar Respublikasının Bakıdakı nümayəndəliyi önündə etiraz aksiyası keçirilib. İctimai Palataya daxil olan partiyaların nümayəndələri və  bitərəflərin iştirak etdiyi aksiyada 100-dən artıq şəxs iştirak edib. Aksiyaya AXCP-nin sədr müavini Asəf Quliyev rəhbərlik edib.

Səhər saatlarından etibarən nümayəndəliyin yerləşdiyi ərazi polis tərəfindən nəzarətə götürülüb. 50-dən artıq polis maşını isə nümayəndəliyi üzük qaşı kimi dövrəyə almışdı. Aksiya iştirakçıları  saat 12:00-da  Nərimanov parkından nümayəndəlik istiqamətinə yürüş başladı.  Aksiya iştirakçıları “Vasif Talıbova istefa!” və  “Biz azadlıq istəyirik” şüarları səsləndidilər. Polis aksiya iştirakçılarının nümayəndəliyin qarşısına getmələrinə imkan vermədi. Polislə aksiya iştirakçıları arasında qarşıdurma yarandı. Polis AXCP sədrinin müavini Asəf Quliyevi, AXCP Gənclər Komitəsinin üzvi Orxan Carçıyevi , Nehrəm kənd sakinləri Sahib Hüseynli və Yaşar Vəliyevi həbs etdi. Aksiya iştirakçılarının 1 saata qədər davam edən cəhdlərinə baxmayaraq polis onları nümayəndəliyin qarşısına buraxmadı. Həbs edilənlər əvvəlcə Nərimanov Rayon Polis İdarəsinə aparılıb. Daha sonra saxlanılanlar 18-ci Polis Bölməsinə aparılıb. Günün ikinci yarısında saxlanılanların hamısı azadlığa buraxılıb. Mitinq Komitəsinin rəhbəri Asəf Quliyevin “XuralTac”a verdiyi məlumata görə, aksiya Naxçıvanda insan haqlarının pozulmasına və AXCP fəalı Zeynal Bağırzadənin həbsdə işgəncələrə məruz qalması üzündən keçirilib. A. Quliyev Naxçıvanla bağlı aksiyaların davam etdiriləcəyini bildirib.

Əfqan

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button